18 yaşlı Sevgiyə İsmayılovanın anası qızı döydüklərini inkar edib" />

Azərbaycanda zorla saxlanılan qız qaçıb – YENİLƏNİB

18 yaşlı Sevgiyə İsmayılovanın anası qızı döydüklərini inkar edib

17 yanvar

Bir neçə gün əvvəl anasının və digər qohumlarının zorla onu ölkədə saxlamağından, döyməyindən və təhdid eləməyindən şikayətlənən 18 yaşlı Sevgi İsmayılova evdən qaçıb. Bu haqda “Kavkazskiy uzel” bakılı fəallara istinadən xəbər verib. Onlar deyirlər ki, Sevgiyə indi onların himayəsi altındadı. Qızın anası qızının döyüldüyünü inkar edib və bildirib ki, Sevgiyənin psixooloji problemləri var.

“Sevgiyə qaça bilib. İndi o, etibarlı yerdədir, ona lazımi yardım göstərilir. Onun sənədləri hazır olan kimi Azərbaycandan çıxıb gedəcək”, – fəallardan biri deyib.

Bunu qızın anası Rəsmiyyə İsmayılova da təsdiqləyib. Amma onun versiyasına görə, heç kim Sevgiyəni döyməyib və qapatmayıb.

“Krasnoyarskda Sevgiyə pis çevrəyə, pis təsirə düşüb. Orada ona nəsə dərmanlar verirdilər. Mən öz uşağımın ancaq yaxşılığını istəyirəm”, – qadın deyib.

Qıza kömək üçün Rusiyanın Azərbaycandakı səfirliyi də cəlb olunub. Səfirlik əməkdaşları mediaya heç bir təfərrüatla bağlı məlumat verməyiblər, amma bildiriblər ki, konsulluq xidməti hazırda “Sevgiyə İsmayılova məsələsinin həlli ilə məşğuldur”.

16 yanvar 

18 yaşlı Sevgiyə İsmayılova qohumlarının onu zorla evdə qapalı saxlamalarından, döymələrindən, təhdid etmələrindən, yanvarın əvvəlində gəldiyi Rusiyaya geri qayıtmağa icazə verməmələrindən şikayətlənir.

Bu hadisə artıq bir neçə gündür ki, Azərbaycanda həm sosial şəbəkələrdə, həm də mediada müzakirə olunur, amma hazırda bu haqda məlumat çox azdır və qızla əlaqə saxlamaq mümkün deyil.

• Məzun mərasimi yerinə toy: niyə Azərbaycanda bəzi valideynlər qızlarının oxumasına imkan vermir? 

• Ermənistanda “özü üçün doğanlar” – buna cürət edən qadınların hekayələri 

Sevgiyənin yetkinlik yaşında olduğunu nəzərə alsaq, söhbət şəxsin qanunsuz azadlıqdan məhrum edilməsindən gedir, bu isə cinayət məsuliyyəti yaradan əməldir.

Üstəlik Sevgiyə Rusiya vətəndaşıdır. Onun probleminin həll olunması üçün Rusiyanın Azərbaycandakı səfirliyi də cəlb olunub.

“Ösbaşına övlad mənə lazım deyil”

Sevgiyə İsmayılova Rusiyanın Krasnoyarsk vilayətində yaşayır, 2020-ci il yanvarın 4-də isə anası və qardaşı ilə birlikdə Bakıya qohumlarını görməyə gəlib. Yanvarın 14-də o, yenidən Rusiyaya qayıtmaq niyyətində idi.

Sevgiyə ilə əlaqə kəsilənə qədər o, rəfiqələrinə bildirib ki, anası, xalası və dayısı onun sənədlərini yandırıb, özünü döyüb, işgəncə verib və bildiriblər ki, Rusiyaya artıq qayıtmayacaq.

Sevgiyənin sözlərinə görə, anası deyib ki, “ona özbaşına övlad lazım deyil”.

Arada Sevgi evdən qaça bilib və keçmiş sinif yoldaşının evində gizlənib, amma qohumları onu yenə də tapıb və aparıblar.

Səfirliyə yönələn ümid

İlk olaraq Sevgiyənin Krasnoyarskdan olan rəfiqəsi həyəcan təbili çalıb, sonra isə Azərbaycanda sosial şəbəkə istifadəçiləri ona qoşulub. Onlardan biri Facebook səhifəsində yazıb ki, yardım üçün Rusiya səfirliyinə müraciət edib.

“Mənə dedilər ki, onlar polisə sorğu göndəriblər və əllərindən gələni edirlər. Mən soruşdum ki, bu vəziyyətdə mən başqa nə isə edə bilərəmmi, polisə müraciət edimmi? Onlar dedilər ki, yox”, – o, yazır.

Qızın dəqiq ünvanını heç kim bilmir və bu, vəziyyəti xeyli çətinləşdirir.

Dostları danışır ki, Sevgiyənin anası ilə problemləri artıq çoxdan başlayıb. Amma bu problemlərin məhz nə ilə bağlı olduğu məlum deyil.

Bəzi mənbələr bildirirlər ki, Sevgiyə LGBT təmsilçisidir və məhz buna görə valideynləri onu Rusiyadan buraya gətiriblər. Bu məlumatı təsdiq edən hələlik heç nə və heç kim yoxdur. Hərçənd, bəziləri yaranmış vəziyyətin əsas küncünə məhz bu məsələni qoyur.

Sosial şəbəkələrdə yazılan şərhlər iki qütb arasında var-gəl edir: bir tərəfdə “Bu nə vəhşilikdir” Qızı dərhal xilas etmək lazımdır!” deyənlər, digər tərəfdə “Anası haqlıdır, qız isə məsələni şişirdir” deyənlər.


More on JAMnews