Qadınlar arasında ən “populyar” cinayət sağlamlığa yüngül zərər yetirməkdir " />

Azərbaycanda cinayətlərin mütləq əksəriyyətini kişilər törədir

Qadınlar arasında ən “populyar” cinayət sağlamlığa yüngül zərər yetirməkdir

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycanda cinayət törədən 16750 nəfərin yalnız 5,7 faizi (963 nəfəri) qadındır.

Trend agentliyinin verdiyi xəbərə görə, qadınlar ötən il ən çox (22,8 faiz) qəsdən sağlamlığa yüngül zərər yetirməkdə ittiham olunublar. “Populyarlığına” görə ikinci yerdə oğurluq gəlir (12,1 faiz).

Ağır cinayətlərə gəlincə, 12 qatildən yalnız 1-i qadındır (162 qəsdən törədilən qətldən 13-ü).

Azərbaycanda yalnız bir qadın cəza müəssisəsi var – 4 saylı. Bu cəza müəssisəsi paytaxtda yerləşir və ölkənin hər yanından məhbuslar bura gətirilir. Buna görə də müəssisə həmişə doludur. Üstəlik hüquq müdafiəçisi Zaliha Tahirova bildirir ki, Azərbaycanda qadın cinayətkarların yalnız dörddə biri həbsxanaya gedib çıxır, qalanlarına isə alternativ cəza verilir – şərti cəza, möhlət, ictimai və ya islah işləri, cərimə və sair.


More on JAMnews