“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. Bu vaxta qədər ədəb-ərkan məsələləri telekanalların özləri tərəfindən həll edilirdi" />

Azərbaycanda “18+” filmlər bundan sonra yalnız gecələr göstəriləcək

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. Bu vaxta qədər ədəb-ərkan məsələləri telekanalların özləri tərəfindən həll edilirdi

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib. Bu vaxta qədər ədəb-ərkan məsələləri telekanalların özləri tərəfindən həll edilirdi.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun hələ 2017-ci ildə parlamentin müzakirəsinə verilmişdi, lakin onun son oxunuşda qəbulu yalnız bu ilin oktyabr ayında baş tutub.

Gürcüstanda uşaq kultunun iflası

Azərbaycanda iki pornosaytın bağlanması istifadəçilərin hiddətinə səbəb olub

Azərbaycanda jurnalistlər üçün “qırmızı xətt” haradan keçir

Azərbaycanda özünüsenzura – ermənilərə aid hər şey barədə susmalı

Uşaqların və yeniyetmələrin qorunmalı olduğu zərərli informasiya dedikdə, aşağıdakılar nəzərdə tutulur: zorakılıq və qəddarlıq səhnələri, erotika və pornoqrafiya, qeyri-normativ leksika, ailə institutunun nüfuzuna xələl gətirən informasiya, “dəhşət” filmləri.

Azərbaycan kanalları əvvəllər dı bundan sui-istifadə etmirdilər, fərq yalnız ondadır ki, bundan sonra həmin məsələ “özünüsenzura” ilə deyil, qanunla və xüsusi olaraq seçilmiş ekspertlər tərəfindən tənzimlənəcək.

Qanunda 16 və 18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulmuş verilşlərin televiziyada nə vaxt nümayiş etdirilməli olması əksini tapıb:

  • “16+” yaş kateqoriyası üçün nəzərdə tutulmuş film və verilişlər axşam saat 9-dan səhər saat 7-yə qədər;
  • “18+” yaş kateqoriyası üçünsə axşam saat 11-dən səhər saat 6-ya kimi.

More on JAMnews