Konstitusiya Məhkəməsi dollar kreditləri üzrə manatın devalvasiyasını nəzərə alaraq faizlərin yenidən hesablanmasına razı olmayıb " />

Azərbaycan sakinləri banka planlaşdırdıqlarından daha çox pul ödəməli olacaqlar

Konstitusiya Məhkəməsi dollar kreditləri üzrə manatın devalvasiyasını nəzərə alaraq faizlərin yenidən hesablanmasına razı olmayıb

Azərbaycanın Konstitusiya Məhkəməsi banklar və kreditçilər arasında dollar kreditlərinin necə – köhnə, yoxsa yeni məzənnə ilə ödənməli olduğuna dair mübahisəni həll edib. Nəticədə insanlar ödənişi dollarla etməli olacaq, bu isə o deməkdir ki, manat ekvivalentində onlar banklara iki dəfə artıq pul ödəyəcəklər.

2015-ci ildən Azərbaycanda dolların məzənnəsi demək olar ki, iki dəfə yüksəlib. Müvafiq olaraq devalvasiyaya qədər dollar daha ucuz (0,78 manat) olduğu zaman bu valyuta ilə kredit götürən insanlar indi banka nəzərdə tutduqlarından iki dəfə artıq pul ödəməli olacaqlar hazırda dolların məzənnəsi 1,7 manatdır.

Borclular hesab edirdilər ki, ödənişi köhnə məzənnə ilə ödəmələri daha ədalətli olardı, banklar isə razılaşmırdı, nəticədə iş Konstitusiya Məhkəməsinə gedib çıxdı. Banklar məhkəmədən Mülki Məcəllənin 422-ci maddəsinə aydınlıq gətirilməsini istədilər. Orada deyilir ki, ölkədə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq kredit şərtləri də dəyişə bilər.

“Milli valyutanın devalvasiyasını kredit borclarına münasibətdə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olarmı?” – banklar sual edib. “Yox, olmaz”, – məhkəmə cavablayıb. Məhkəmənin fikrincə, borclu xarici valyuta ilə kredit aldığı zaman bununla bağlı riskləri və mümkün nəticələri nəzərə almalıdır.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu ilin əvvəlində gecikdirilmiş borcların həcmi ümumilikdə təxminən 1700 milyon dollar (1 milyard manat) təşkil edir. Hazırda bu məbləğ 4,25 faiz yüksəlib. Bankların ümumi kredit portfelində problemli kreditlərin payı indi 14,5 faizdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, ölkədə 2,5 milyon nəfər vətəndaşın banklara kredit borcu var. Bu Azərbaycan əhalisinin demək olar ki, dörddə biridir.

Devalvasiya və kreditlərin qəfil böyüyən məbləği bütün borcluların büdcəsi üçün zərbə olub. Bəzi hallarda isə hətta faciəyə də yol açıb.

“Qohumum krediti ödəyə bilməyəcəyini anlayıb özünü asdı. O getdi, ailəsi isə bu pulu onun əvəzinə ödəmək məcburiyyətindədir. Dul arvadı hər ay banka 100 dollar verir, hələ yeddi il belə davam edəcək”, – Bakıkənarı qəsəbələrdən birinin sakini danışır.

None found


More on JAMnews