Bu, Azərbaycan qazının Rusiyadan yan ötərək Avropaya çatdırılmasına imkan verəcək " />

Azərbaycan qazı Avropaya yola düşüb: Transatlantik qaz kəməri açılıb

Bu, Azərbaycan qazının Rusiyadan yan ötərək Avropaya çatdırılmasına imkan verəcək

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Transatlantik qaz kəmərinin (TANAP) açılışı baş tutub. Bu qaz kəməri ilə “Şahdəniz-2” yatağından çıxarılan Azərbaycan qazı Avropa bazarlarına çatdırılacaq.

Qaz kəməri Grcüstan-Türkiyə sərhədindən bütün Türkiyə ərazisi boyunca Yunanıstan sərhədinə qədər uzanır və artıq işlək vəziyyətdə olan Bakı-Tbilisi-Ərzurum kəmərinə qoşulur. Buradan sonra qaz Transatlantik qaz kəməri ilə Avropaya – Yunanıstandan İtaliyaya ötürüləcək. Boru kəmərinin hər üç hissəsi Şahdəniz yatağı ilə birlikdə Cənub qaz dəhlizini təşkil edir.

Türkiyəyə qaz ötürülməsi elə 2018-ci ildə, Avropaya çatdırılması isə 2020-ci ildən başlayacaq.

Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko iştirak edib. Gürcüstan prezidenti Georgi Maqvelaşvili isə Türkiyə prezidenti tərəfindən dəvət olunsa da, mərasimə gəlməyib və Gürcüstanı bu ölkənin Türkiyədəki səfiri İrakli Koplatadze təmsil edib.

Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti illik 16 milyard kubmetr qazdan ibarətdir ki, bunun da 6 milyard kubmetri Türkiyənin, qalanı isə Avropanın payına düşəcək. Gələcəkdə bu həcmin 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə qədər artırılacağı ehtimal olunur.

TANAP aksiyaları kimə məxsusdur?

30% – Türkiyənin Botaş şirkəti;

58% – Azərbaycanın Dövlət Neft Şirkəti;

12% – BP.

TANAP-ın inşası 8,5 milyard ABŞ dollarına başa gəlib.

Cənub qaz dəhlizi Azərbaycan qazının Rusiyanı yan ötərək Avropaya çatdırılmasına imkan verəcək. Ehtimal olunur ki, bu, Rusiyaya boru kəmərindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə imkan verməyəcək.

Avropa ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi də nəzərdə tutulub.

Boru kəmərinin marşrutu Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və Albaniyadan keçməklə, İtaliyaya qədər uzanacaq.

• TANAP-ın təməli 2015-ci ilin martında Türkiyənin Qars şəhərində qoyulub. Amma layihənin reallaşdırılması yolunda zaman-zaman maneələr, o cümlədən də maliyyə problemləri (neft qiymətinin kəskin düşməsi, devalvasiya və Azərbaycan iqtisadiyyatının tənəzzülü) yaranırdı.


More on JAMnews