Müxalif hərəkatın lideri özünü günahsız sayır və azadlığa çıxmaq üçün xahiş etmək fikrində deyil " />

Azərbaycan hakimiyyəti siyasi məhbus İlqar Məmmədovun azad olunması ilə bağlı danışıqlara hazırdır

Müxalif hərəkatın lideri özünü günahsız sayır və azadlığa çıxmaq üçün xahiş etmək fikrində deyil

Azərbaycan hakimiyyəti ilk dəfə “Respublika Alternativi” (ReAl) müxalif hərəkatının lideri İlqar Məmmədovun şərti azadlığa buraxılmasının mümkünlüyünə eyham vurub.

Ötən gün, dekabrın 6-da Avropa Şurasının Nazirlər Komitəsi Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasını təmin etməkdən imtina etməsi ilə bağlı Azərbaycana qarşı məhkəmə araşdırmasına başlayıb, bununla bağlı qərar Avropa İnsan Haqları Məhkəməsi (AİHM) tərəfindən 2014-cü ildə qəbul edilib.

AİHM dəfələrlə Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

Məhkəmə tərəfindən qərarın elan edilməsindən sonra artıq üç ildir ki, ərizəçi təhrif olunmuş cinayət işi əsasında həbsdə qalır”, – Avropa Şurasının mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

 

ReAl hərəkatının lideri İlqar Məmmədov İsmayıllı şəhərində 23-24 yanvar 2013-cü ildə baş verən iğtişaşlarla bağlı həbs edilib. Şəhərə vəziyyət sakitləşəndən sonra gəlməsinə baxmayaraq, Məmmədov kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham edərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Dekabrın yeddisində Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bildirib ki, İlqar Məmmədov müəyyən şərtlərlə azad oluna bilər.

Bununla belə prezidentin köməkçisi növbəti dəfə Avropa Şurasını ikili standartlarda günahlandırıb, Avropa İttifaqını və Avropa Şurasını “xristian klubu” adlandırıb. Bu qurumdakı “islamafobiyanı” da qeyd etməyi unutmayıb.

Bununla belə, müşahidəçilər Azərbaycan hakimiyyətinin ilk dəfədir ki, İlqar Məmmədovun vaxtından əvvəl azadlığa buraxılmasının mümkünlüyünü dilə gətirməsi faktının vacibliyini qeyd edirlər.

Prezident köməkçisi həmçinin bildirib ki, İlqar Məmmədov cəzasının üçdə ikisini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla bilər, amma bunun üçün xahiş etməlidir. “Biz danışıqlara hazırıq”, – Trend agentliyinin bildirdiyinə görə, Novruz Məmmədov belə deyib.

Biz də danışıqlara hazırıq”, – İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirib. Bununla belə, vəkil qeyd edib ki, müvəkkili cəzasının yumşaldılması üçün xahiş etmək niyyətində deyil, çünki özünü günahsız sayır və tam bəraət tələb edir.


More on JAMnews