Vizasız rejimin tətbiqindən on ay sonra Gürcüstan ilk xəbərdarlığını aldı" />

Avropa Komissiyasının ilk gəldiyi nəticə: Gürcüstanla Aİ arasında vizasız rejimin ləğvi təhlükəsi varmı?

Vizasız rejimin tətbiqindən on ay sonra Gürcüstan ilk xəbərdarlığını aldı

Avropa Komissiyası  Gürcüstanla on ay əvvəl tətbiq olunmağa başlayan vizasız rejimlə bağlı ilk gəldiyi nəticəni açıqlayıb. Sənəd dekabrın 20-də dərc olunub, yanvarın 23-də isə Aİ yanında yaradılan xüsusi viza qrupu tərəfindən nəzərdən keçirilib.

Dərc olunmuş nəticələrdə bir neçə vacib problemə toxunulub, amma vəziyyətin özü ümumilikdə o qədər də narahatedici deyil ki, “dayandırma mexanizmi” işə salınsın. Bu o deməkdir ki, hazırkı mərhələdə Aİ və Gürcüstan arasındakı vizasız rejim heç bir təhlükə altında deyil.

Amma yenə də tövsiyələrlə yanaşı rəsmi Tbilisi xəbərdarlıq da alıb. Avropa Komissiyasının nəticələrində söhbət iki əsas problemdən gedir:

  1. Viza liberallaşmasından sonra sığınacaq almağa çalışan Gürcüstan vətəndaşlarının sayı artıb.

  2. Gürcüstan vətəndaşlarının Avropada mütəşəkkil cinayətkar qruplarda iştirakı ciddi problem
    olaraq qalır. Avropa ekspertlərinin göstəricilərinə görə, Fransa, Yunanıstan, Almaniya, İtaliya və İspaniyada Gürcüstan vətəndaşlarının iştirakı ilə soyğun və oğurluq halları daha çox təkrarlanır.

Gürcüstan parlamentinin əksər deputatları hesab edirlər ki, vəziyyət Avropa İttifaqının vizasız rejimi yenidən nəzərdən keçirməsi təhlükəsinin yaranacağı qədər də ciddi deyil.

“Gürcüstanın nailiyyətləri və Gürcüstan hakimiyyətinin addımları yüksək səviyyədə müsbət dəyərləndirilib və Gürcüstana qarşı dayandırma mexanizminin hər hansı bəndinin işə salınacağından çəkinməyimiz üçün heç bir əsas yoxdur”, – parlamentin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Tamar Qulordava bildirib.

Müxalifət və bəzi ekspertlər isə bunun əksinə olaraq, vəziyyəti təhlükəli adlandırıb və “Gürcü arzusu”nu vacib islahatları həyata keçirməyə çağırıblar.

“Avropa Komissiyasının göndərdiyi nəticələr hakimiyyətin iş imkanlarının artırılması və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üzərində çalışmalı olduğunu göstərir. Yəni insanlar üçün bütün şərait yaradılmalıdır ki, onların vətəni tər etmək arzusu yaranmasın”, – “Milli hərəkat” üzvü Nino Kalandadze deyir.

Strateji Analizlər Mərkəzinin təsisçisi Tornike Şaraşenidze hesab edir ki, hakimiyyətin vəziyyəti düzəltmək üçün ancaq bir yolu var – iqtisadi vəziyyəti yaxşılaşdırmaq. “Bu vəzifənin öhdəsindən isə 25 ildir ki, Gürcüstanın heç bir hökuməti gəlməyib”, – Şaraşenidze deyir.

  • Avropa İttifaqı ölkələri və Gürcüstan arasında vizasız rejim 2017-ci il martın 28-dən, “dayandırma mexanizmi” adlanan xüsusi miqrasiya nəzarəti mexanizmi işə salınandan sonra tətbiq olunmağa bağlayıb.

  • Avropa İttifaqı üçün bu mexanizm sığorta xarakteri daşıyır  – Aİ ölkələrinin hər hansı birində Gürcüstandan gələnlərini sayının kəskin artması, sığınacaq almaq istəyənlərin çoxalması və ya Aİ ölkələrindən hər hansı birində Gürcüstan vətəndaşları tərəfindən törədilən hüquq pozuntularının səviyyəsinin yüksəlməsi halında viza liberallaşmasının dayandırılmasını və şərtlərə yenidən baxılmasını nəzərdə tutur.

More on JAMnews