Baş nazirin oktyabrın 31-dən gec olmayaraq Britanıyanı Aİ-dən çıxarmaq planı. Amma parlament razılaşmayıb. Təkrar referendum istisna deyil" />

Avropa İttifaqı ilə “boşanma” uğrunda savaş: Britaniyanın yeni baş nazirinin ilk məğlubiyyəti. “Brexit” haqda hər şey

Baş nazirin oktyabrın 31-dən gec olmayaraq Britanıyanı Aİ-dən çıxarmaq planı. Amma parlament razılaşmayıb. Təkrar referendum istisna deyil

Britaniya parlamentində ölkənin Avropa İttifaqından çıxışı ilə – daha çox “brexit” adı ilə tanınan uzun müddətli proseslə bağlı yeni qızğın müzakirələr başlayıb.

İndi söhbət bu tarixi daha uzun müddətə ertələməyə imkan verəcək qanun layihəsinin nəzərdən keçirilməsindən gedir.

• Britaniyanın qısa zamanda Avropa İttifaqından çıxmasına səy göstərən yeni baş naziri ABŞ, Rusiya və İran haqda nə düşünür?

Söhbət Qərbi Avropada Böyük Britaniyanın 2016-cı ildə referendum vasitəsilə qəbul etdiyi Avropa İttifaqından çıxmaq qərarı ilə başlatdığı mürəkkəb siyasi münaqişədən gedir. O zamandan bəri ayrılıq şərtləri ilə bağlı danışıqlar davam edir. Prosedur dalana dirənib, intriqalarla, Böyük Britaniyada keçirilən milyonluq etiraz aksiyaları, yeni referenduma çağırışla müşayiət olunur və ciddi beynəlxalq proseslərə təsir edir.

 

Brexit haqda lazım olan bütün bilgilər mətnin aşağısındadır: bu təşəbbüs niyə yaranıb, tərəfdarlarının və əleyhdarlarının arqumentləri nədən ibarətdir?

Sentyabrın 2-də parlament baş nazirin Avropa İttifaqı ilə əlaqələri qəfil kəsməsini qadağan etmək üçün mühüm addım atıb. Baş nazir fəal şəkildə buna çağırış edir. Səs çoxluğu ilə parlamentin gündəliyini təyin etmək haqqı hökumətin əlindən alınaraq parlamentə verilməsi haqda qərar qəbul edilib.

Bu o deməkdir ki, parlament Avropa İttifaqından çıxışla bağlı qərarın qəbul edilməsinin yenidən ertələnməsinin lehinə səs vermək imkanı əldə edib.

• Beynəlxalq biznes Avropa İttifaqı ilə böhran üzündən Britaniyadan gedir

• Böyük Britaniya parlamenti Facebook-a qarşı

Səsvermə yeni baş nazir Boris Conson üçün ciddi məğlubiyyət olub. Hakim partiyanın yeni liderinin seçilməsi ərəfəsində onun əsas vədi məhz Britaniyanın daha əvvəl təyin edildiyi kimi oktyabrın 31-ə qədər Avropa İttifaqından çıxışını təmin etmək idi.

Buna görə də səsvermədən sonra Conson bəyan edib ki, əgər deputatlar ertələnmənin lehinə səs versələr, o, növbədənkənar seçkilər haqda təklif irəli sürəcək.

Hər şey bu həftə həll olunacaq.

•  Əgər bu savaşda parlament çoxluğu qələbə qazansa, “brexit” böyük ehtimalla təxirə düşəcək, Britaniya növbədənkənar seçki keçirəcək və Avropa İttifaqına üzvlüklə bağlı yeni referendumun baş tutacağı da istisna deyil.

• Əgər Boris Conson qalib gəlsə, böyük ehtimalla Britaniya oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək.

Hadisələrin ən mümkün inkişaf variantı – növbədənkənar seçkilər baş nazir üçün maksimum siyasi risk fonunda keçiriləcək, çünki hökumətə qarşı səs verən mühafizəkar deputatlar da müxalifətə qoşulub –  The Times belə hesab edir.

Britaniyanın Avropa İttifaqından çıxışına qarşı Londonda keçirilən etiraz aksiyası. 3 sentyabr 2019. REUTERS/Ammar Awad

Brexit haqda hər şey

Brexit termini ingilis dilində iki sözdən yaranıb – Britain və exit, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması mənasını verir.

Bu söz 2016-cı ilin mayında Böyük Britaniyada keçirilən referendumdan sonra yaranıb. Həmin referendumda kiçik fərqlə (iki faizdən az) Aİ-dən çıxmaq tərəfdarları qələbə qazanıb.

Bu, Britaniya tarixində sözügedən məsələ ilə bağlı ikinci referendum olub. Birincisi 1975-ci ildə keçirilib vəAvropa İttifaqında üzv olmağın tərəfdarlarının qələbəsi ilə nəticələnib.

Aİ-dən çıxışın lehinə səs verən britaniyalılar nədən narazıdır? Onlar nəyə nail olmaq istəyir?

Böyük Britaniyada Avropa İttifaqından çıxışın lehinə səs verənlər əsasən Mühafizəkarlar Partiyasının tərəfdarları, ali təhsili olmayan yaşlı nəslin nümayəndələridir.

Bu insanlar inanırlar ki, Avropa İttifaqından getməklə ölkə üçün ənənəvi sahələrdə, məsələn, kənd təsərrüfatında vəbalıqçılıqda daha çox iş yerlərinin açılmasına və miqrantların Britaniyaya gəlişinin qarşısının alınmasına nail olmaq mümkün olacaq.

Niyə gənclər və müxalifət Brexit-ə qarşıdır?

Brexit əleyhdarları əsasən, gənclər, yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətlərin əməkdaşları və biznes təmsilçilərindən ibarətdir. Parlamentdə Brexit-ə qarşı müxalif Leyboristlər Partiyası çıxış edir, amma Mühafizəkarlar Partiyasının bəzi deputatları da bu mövqeyi müdafiə edir.

Bu insanlar öz karyeralarını əsasən Böyük Britaniya üçün tarixi ənənəvi sahələrlə yox, yüksək texnologiyalar üzrəixtisaslaşmış şirkətlərdəki iş yerləri ilə bağlayırlar. Brexit nəticəsində ilk zərər görən məhz bu iş yerləri olacaq və gənclərin bu qisminə Britaniyanı tərk edib, Hollandiyada, ya da Almaniyada yaşamaq daha çox sərf edəcək.

Müxalifətin dəstəyinə gəlincə, bir çox ekspertlərin fikrincə, bunda daha çox leyboristlərin onların siyasi opponentləri mühafizəkarlara qarşı siyasi mübarizələri ifadə olunur.

Niyə bu perspektiv Avropa İttifaqını məyus edir?

Böyük Britaniya iqtisadiyyatına görə dünyada beşinci yeri tutur. Bu ölkəni itirmək bütün Avropa İttifaqının iqtisadiyyatı üçün zərbə olacaq.

Britaniya cəmiyyətində parçalanma və separatizm təhlükəsi

2016-cı il referendumunun nəticələri yalnız cəmiyyətdə yox, həm də Böyük Britaniya parlamentində və hökumətində də parçalanmaya səbəb olub.

Bundan başqa Birləşmiş Krallığın üç hissəsində – Şotlandiya, Uels və Şimali İrlandiyada seçicilər Avropa İttifaqından çıxışın əleyhinə səs verib. Böyük Britaniyanın Aİ-dən çıxacağı təqdirdə Şotlondiyanın hakim partiyası Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması ilə bağlı referendum keçirməklə hədələyir.

Hökumət Brexit məsələsinə görə parçalanıb. Amma 2019-c ilin martından bu artıq o qədər də əhəmiyyətli deyil, çünki hökumət Brexit prosesini idarə etmək imkanından məhrum edilib. Qərar qəbul etmək hüququ parlamentə keçib.

Amma bunu eləmək çətin olub. Referendumda sadəcə “hə” və ya “yox” cavabı tələb edən yalnız bir sual qoyulmuşdu və bu, sadə çoxluqla həll olunurdu. Parlamentdə isə Brexit-lə bağlı bir-biri ilə əlaqəli çox sayda məsələ həll olunmalıdır və bu məsələlər ətrafında Brexi tərəfdarları və əleyhdarları öz aralarında heç cür razılığa gələ bilmirlər.

Britaniyanın Avropa İttifaqından çıxışı üçün son müddət 2019-cu il martın 29-u idi. Amma ölkə heç cür razılığa gələ bilmədi. Yeni müddət aprelin 12-ə təyin edilib. Amma baş nazir Tereza Mey Avropa İttifaqına müraciət edərək müddəti iyulun 30-a qədər uzatmağı xahiş edib.

Hazırda ən mümkün görünən ssenarilər

Ən riskli olan Avropa İttifaqından ilkin razılıq olmadan çıxış ssenarisidir (no deal Brexit). Bu, Avropa iqtisadiyyatına dərin inteqrasiya etmiş Böyük Britaniya iqtisadiyyatı üçün çox ağır zərbə ola bilər. Bu cür ssenari zamanı onlarla istehsalat dayana, on minlərlə insan işsiz qala bilər, qiymət artımı və məhsul, o cümlədən dərman qıtlığı da mümkündür.

Hazırda Britaniyanın Avropa İtifaqından çıxışı oktyabrın 31-ə təyin edilib.


More on JAMnews