Ermənistan Parlamentinin deputatı əməli tədbirlər görülməsini tələb edir " />

“Avrasiya İqtisadi İttifaqı ilə sazişin pozulması Ermənistan vətəndaşlarının hüquqlarını tapdayır”

Ermənistan Parlamentinin deputatı əməli tədbirlər görülməsini tələb edir

Milli Məclisin “Yelk” müxalif fraksiyasından olan deputatı Edmon Marukyan Avrasiya İqtisadi İttifaqı ilə sazişin pozulduğunu və bununla da həmin təşkilatın üzvü olan Ermənistan vətəndaşlarının hüquqlarının tapdandığını bildirir.

Ermənistan 2015-ci ildə AAİİ-nin üzvü olub. Təşkilatın digər üzvləri Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandır.

 

Deputat Avrasiya İqtisadi Komissiyası Kollegiyasının rhbəri Tiqran Sarqsyana məktubla müraciət edib.

Edmon Marukyan qeyd edib ki, Rusiyada yaşayan Ermənistan vətəndaşları Ermənistanda aldıqları sürücülük vəsiqələrindən istifadə edə bilmirlər. O bildirib ki, yanvarın 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə (Ermənistana da aiddir) sahibkarlıq və əmək fəaliyyəti həyata keçirmək qadağan olunub, bu da AAİİ-də işçi qüvvəsinin azad hərəkət etmək prinsipinlə ziddiyyət təşkil edir.

O, həmçinin yazıb ki, vətəndaşların və işçi qüvvənin AAİİ çərçivəsində hərəkət etmə azadlığına baxmayaraq, üç inzibati pozuntudan sonra Ermənistan vətəndaşları Rusiya ərazisindən deportasiya olunur.

Digər problemlər sırasında deputat Rusiyadan Ermənistana mal və ya xidmət eksportu zamanı maliyyə məhdudiyyəti və AAİİ-də istehsal olunan malların Rusiyada azad dövriyyəsinə nisbi məhdudiyyətin yaşandığını da qeyd edib.

Bu gün müxalif deputat aşağıdakı məzmunda məlumat yayıb : “Sadalanan faktlar və AAİİ ilə saziş arasında uyğunsuzluğu mən elə həmin sazişin müddəaları ilə diqqətə çatdırıram. Tiqran Sarqsyana sazişin reallaşdırılmasını təmin etmək və Ermənistan vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün əməli tədbirlər görməsini təklif edirəm”.

 


More on JAMnews