Bəziləri hesab edir ki, “Müsavat” partiyasının rəhbərliyi istefa verməlidir" />

61 nəfər Azərbaycan vətəndaşı Almaniyadan deportasiya olunub, “Müsavat”ın üzvləri isə qanunsuz miqrasiya biznesində günahlandırılır

Bəziləri hesab edir ki, “Müsavat” partiyasının rəhbərliyi istefa verməlidir

Almaniyadan 61 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub. Onların arasında 21 uşaq var. Almaniya polisi onları qanunsuz miqrant hesab edib, həmçinin bir neçə Azərbaycan vətəndaşını bu qanunsuz miqrasiyaya dəstək olmaqda ittiham edərək həbs edib.

• Ermənilər Çinə yerli sakinlərə ingilis dilini tədris etmək üçün gedirlər

• Gürcüstan – cənubi afrikalı miqrantlar üçün yeni ev

Medianın yazdığına görə, həbs olunanlar arasında Azərbaycanın müxalif partiyası “Müsavat”ın üzvləri də var. Buna görə də indi Azərbaycanda çoxları “Müsavat” rəhbərliyini qınayır, baxmayaraq ki, partiya yetkililəri bütün ittihamları qəti şəkildə rədd edirlər.

Populyar marşrut

Almaniya Hollandiya ilə eyni dərəsədə Azərbaycan sakinlərinin miqrasiya etməyə cəhd göstərdiyi ən populyar marşrutlardan biridir. Hər il bu ölkədə minlərlə Azərbaycan vətəndaşı qaçqın statusu almağa çalışır.

Bəzilərinin bunun üçün real əsasları var – məsələn, vətəndə onlar siyasi baxışlarına və ya seksual oriyentasiyalarına görə təqib olunurlar. Digərləri isə uydurma səbəblərə istinad edirlər.

Çox vaxt Almaniyaya köçmək istəyən insanlar vasitəçilərin köməyindən istifadə edirlər.

Qanunsuz miqrantlar və ya qaçqın statusu almış insanlar aşkarlananda və Almaniya hökuməti onları Azərbaycana deportasiya etmək istəyəndə onlardan bəziləri hətta intihara da əl atır.

“Miqrasiya biznesi”

Noyabrın 13-də Almaniya polisi Almaniyanın bir neçə şəhərində reyd keçirib. Qanunsuz miqrantları aşkarlamaqla yanaşı onlar qanunsuz “miqrasiya biznesi” təşkil etmək şübhəsi ilə bir neçə Azərbaycan vətəndaşını saxlayıb və ya həbs edib.

Saxlanılanların əksəriyyəti siyasi mühacirlərdir. Onların arasında “Müsavat” partiyasının üzvlərinin də olduğu haqda məlumat yayılıb.

Polisin fikrincə, onlar insanları Azərbaycandan Almaniyaya aparmaq, viza və yaşamaq izni almaq üçün kömək etmək vədilə onlardan pul alıblar.

İstefa üçün əsas?

“Müsavat” partiyası bəyan edir ki, Almaniyada saxlanılan ehtimal olunan dələduzların onlara heç bir aidiyyatı yoxdur.

Amma çoxları buna inanmır və “Müsavat” rəhbərliyini qınaq hədəfinə çevirib.

Sosial şəbəkələrdə də qızğın mübahisələr gedir.

“Müsavat rəhbərliyində istefa mədəniyyəti də yoxdur üstəlik”, – tanınmış jurnalist Xədicə İsmayıl yazıb.

Şərhlərdə çoxları razılaşıb ki, bu vəziyyətdə partiya rəhbərliyi həqiqətən də istefaya getməlidir.

Hər böhtana, şantaja görə istefa verilir?”, – “Müsavat” başqanı Arif Hacılı buna etiraz edib.


More on JAMnews