Polislərin və jurnalistlərin apardığı araşdırmaların nəticələrinə görə, Almaniyanın Erfurt şəhəri erməni mütəşəkkil cinayətkar qruplaşmasının mərkəzinə çevrilib " />

Almaniya polisi erməni mafiyasının fəaliyyətini araşdırır

Polislərin və jurnalistlərin apardığı araşdırmaların nəticələrinə görə, Almaniyanın Erfurt şəhəri erməni mütəşəkkil cinayətkar qruplaşmasının mərkəzinə çevrilib

Türingiya yolunda, Almaniya. REUTERS/Michaela Rehle

Almaniya polisinin yerli jurnalistlərin əlinə düşən hesabatından məlum olub ki, bu ölkədə Ermənistan əsilli cinayətkarların birləşdiyi mütəşəkkil şəbəkə qurulub. Yerli nəşrlər Ermənistanın Almaniyadakı səfirinin şühbəli rolu haqda da yazır.

Araşdırmanın əvvəli

Almaniyada polis hesabatı medianın əlinə düşüb. Hesabat müəllifləri birmənalı nəticəyə gəliblər: “Almaniyada erməni mafiyası mövcuddur”.

• Moldova: uşaq pornoqrafiyası ilə mübarizə, yoxsa vətəndaşlara nəzarət?

• Rusiya – oğruların cənnəti?

Gizli hesabat Almaniyanın müxtəlif regionlarında altı cinayət araşdırması departamentinin Almaniya federal polisi, kəşfiyyatı və avropolla əməkdaşlıq çərçivəsində apardığı istintaqın nətcələri əsasında tərtib edilib.

Söhbət çirkli pulların yuyulması, pul nişanlarının saxtalaşdırılması, insan və narkotik alveri kimi cinayət fəaliyyəti növlərindən gedir.

İstintaq bütün 2018-ci il boyu aparılıb, amma nəticələrin birmənalı olmasına baxmayaraq, iş yayda dondurulub. Hakimiyyət bunu personal və texnika çatışmazlığı ilə izah edib.

Türingiya ictimai televiziyasının jurnalisti Lüdviq Kendzia deyir ki, o, bu istintaqın necə başladığını yaxşı xatırlayır:

“2014-cü ilin yazında polisdəki mənbə Ermənistan əsilli bəzi şəxslərə fikir verməyimizi məsləhət görmüşdü”.

Bundan bilavasitə əvvəl isə polis iki Ermənistan əsilli şəxsin Erfurtda italyan mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri ilə görüşünü qeydə almışdı.

“Bunlar Almaniyada çoxdan yaşayan, buraya 1990-cı illərdə Ermənistandan köçən cavan adamlar idi. İndi onların restoranları və pivəxanaları var, bahalı maşınlarda gəzirlər. Təbii ki, biz onlarda pulun haradan olduğu ilə maraqlandıq”, – Kendzia xatırlayır.

Şahidsiz

2014-cü ilin iyulunda Erfurtda kazino binasının qarşısında atışma baş verənə qədər araşdırma ləng gedirdi. Yerli çeçen qruplaşmasının lideri Adam Z. atışmanın qurbanı oldu.

Onu güllələyənlərin şəxsiyyətləri və motivləri bəlli olmadı – polisin bildirdiyinə görə, etibarlı şahid tapmaq mümkün deyil.

Bu epizodun ardınca digər zorakılıq halları da baş verdi. 2016-cı ilin iyununda Erfurtda fahişəxana girişində Moldova əsilli bir şəxsə soyuq silahlı hücum oldu. Bu cinayətdə Ermənistan əsilli üç nəfər ittiham edildi, onların iki il əvvəl atışma baş verərkən də kazino qarşısında olduğu ortaya çıxmışdı.

2017-ci ilin aprelində Erfurtda keçirilən boks döyüşünə erməni əsilli boksçu Artur Abraham da gəlmişdi. Bu qarşılaşmada ön sıralarda polisin kazino qarşısındakı atışmada şübhəli bildiyi Ermənistandan olan həmin şəxslər də vardı. Bu döyüşün sonunda bir qrup adam kazino qarşısındakı hadisədə iştirak edən Karo Murat adlı şəxsə hücum etmişdi.

Siyasətçilər narahat olduğu zaman

2017-ci ilin oktyabrında 15 nəfər Erfurtda “Kristoffel” restoranının Ermənistan əsilli sahibinə hücum etdi. Baş prokuror Tomas Ribel o zaman hücumun açıq-aşkar baş verdiyinə xüsusi diqqət yetirdi.

“Cinayətkarlar artıq şahidlərə və müşahidə kameralarına fikir vermirlər. Bu, vəziyyəti daha da təhlükəli edir”, – Ribel bildirmişdi.

“Mən canilərin bunu günün günorta çağı törətdiklərindən narahatam”, – Türingiya daxili işlər naziri Georq Mayer demişdi.

Polis əmindir ki, məsələ Erfurt ərazisi ilə kifayətlənmir – cinayətkarların əlaqələri Leypsiq, Hamburq, Qərbi Almaniya, o cümlədən də Fransa və Belçikaya qədər uzanır.  

“Müxtəlif qruplaşmalar arasında əlaqələri üzə çıxarıb, belə qənaətə gəldik ki, onlar nəhəng təşkilatın hissələridir”, – jurnalist Lüdviq Kendzia deyir.

Bundan başqa, erməni mafiyası italyan mafiyası ilə əməkdaşlıq edir. Polis hesabatı ilə tanış olan Lüdviq Kendzianın sözlərinə görə, Ermənistan şəhərlərinin birində bir qrup şəxs arasında birbaşa əlaqələr ortaya çıxarılıb, amma onları açıqlamağa səlahiyyəti yoxdur.

O, Almaniyadakı erməni lobbiçilərinin apardığı araşdırmanın bu ölkədə erməni icmasının gözdən salınmasına yönəldiyi haqda iddialarını da rədd edib.

“Biz heç kimin boynuna yarlıq asmaq istəmirik. Biz polisin müəyyən etdiyi faktlara diqqət çəkmişik. Və bizə əməkdaşlıq etmək istəyən Ermənistan əsilli çox sayda insan müraciət etdi ki, bu suallar aydınlansın, çünki mafiya ilə gözdən düşmək istəmirlər”.

Facebook Comments

More on JAMnews