Qetaşen məktəbinin şagirdləri kənd təsərrüfatının səmərəli təşkilini öyrənirlər" />

Adi məktəbdə aqrobiliklər

Qetaşen məktəbinin şagirdləri kənd təsərrüfatının səmərəli təşkilini öyrənirlər

Armavir vilayətinin Qetaşen kənd orta məktəbi digər yerli təhsil ocaqlarından köklü surətdə fərqlənir. Zahiri fərqlər artıq həyətdən başlayır və zirzəmidə bitir. Məktəb meyvə ağacları ilə əhatə olunub, hər yerdə böyük gil səhənglər, köhnə ənənəvi gil dibçək və nehrə görmək olar.

Bütün bunların məqsədi heç də məktəbi bəzəmək deyil. Bu təhsil ocağında uşaqları doğma torpağa bağlamağa çalışırlar – özü də elə buradaca işlənib hazırlanan kənd məktəbi modelinin köməyiylə. Şagirdlər yalnız adi orta məktəbdə alınmalı olan biliklərə yiyələnmir, həm də aqroməktəbin dərslərinə gedirlər.

Direktor Qevorq Mukoyan aktiv olaraq təhsil prosesinə cəlb olunub, uşaqları torpağı becərməyi və ona ürək verməyi öyrədir. O deyir: “Mənə zəif köklü ağac verin, mən onu sevgiylə əkəcəm və siz onun necə yaşıllaşdığını görəcəksiz.

O, ixtisasca aqronomdur, 3 il əvvəl 2 hektarlıq məktəb ərazisinin yaşıllaşdırılmasına və bostan bitkilərinin yetişdirilməsinə başlayıb. İlk növbədə, ağac əkdilər. Qevorq Mukoyan ancaq ərik ağaclarını əkmək qərarına gəlib, o deyir: “Biz bu məsələyə erməni ənənələri nöqteyi-nəzərindən yanaşdıq və bizim erməni meyvəmizi yetişdirmək qərarına gəldik.

Məktəbdə 300 şagird var, onun ərazisində həmin sayda da ərik ağacı əkilib. Onlar böyüyənə qədər torpaq həm də bostan bitkilərinin yetişdirilməsi üçün istifadə edilir. Yetişən tərəvəzlər konservləşdirilir və məktəb yeməkxanasında istifadə olunur.

Yeməkxanadakı sağlam qida təzə ərzaqlardan hazırlanır. Hazırda məktəbdə ibtidai sinif şagirdləri (1-3-cü sinif) və az təminatlı ailələrin uşaqları qidalanır. Gələcəkdə müəllim və şagirdlər tərəfindən yetişdirilən kök, kələm, çuğundur, kartof, paxla və noxudun həcmi artanda yeməkxanada hamı qidalanmağa başlayacaq.

Kənd təsərrüfatının müxtəlif sahələrinin öyrənilməsi üzrə dərnəklərə getmək üçün yaş həddi qoyulmur, hər kəs üçün onun imkanlarına uyğun iş tapılır. Toxumların çeşidlənməsindən tutmuş məhsulun yığılmasına qədər bütün prosesi şagirdlər və müəllim kollektivi birlikdə həyata keçirir.

11-ci sinif şagirdi Alvard Sarkisyan becərmə mərhələsindən tutmuş belləməyə qədər bütün prosesdə iştirak edib, o deyir ki, bu iş həm maraqlıdır, həm də bundan başqa onlar kənd təsərrüfatını düzgün təşkil etməyə öyrənirlər ki, bu da gələcəkdə onlara öz təsərrüfatlarını qurmağa və kənddə yaşamağa kömək edəcək.

Tarix müəllimi Susanna Ovamikyan əmindir ki, ən əsası şagirdlərdə torpağa sevgi yaratmaqdır, bu halda onlar kəndi tərk etməyəcəklər.

Sponsorların vəsaiti hesabına aqroməktəbdə istixana tikilib, artıq tövlə tikintisinə başlanılıb, zirzəmidə isə göbələk yetişdirməyə hazırlaşırlar. Aqroməktəbin proqramına heyvandarlıq da daxil ediləcək, təzə ət və süd məmulatları da məktəblilərin menyusunda olacaq. Yaxın vaxtlarda quşçuluq məktəbi işlənib hazırlanacaq – axı yeməkxanada təzə yumurtanın olması da vacibdir.

Məktəbin prinsipi kimyəvi kübrələrdən istifadə etməmək və ekoloji təmiz meyvə və tərəvəz almaqdır. Beləliklə, şagirdlər bu prinsiplə yaşamağı öyrənir və aqronom sənətini seçəcəkləri təqdirdə ona riayət edəcəklər.

Facebook Comments

More on JAMnews