Hava düzələn kimi Suxumda, sahildə əli tilovlu balıqçılar peyda olur " />

Abxaziyadan iki balıqçının hekayəsidir

Hava düzələn kimi Suxumda, sahildə əli tilovlu balıqçılar peyda olur

Şəhərli fanatların balıq ovu bax belə olur:

Bu da minlərlə eşitdiyimiz hekayələrin içindən iki balıqçının hekayəsidir.

Ən dadlı xamsa

Aleksandr Tariyeloviç 30 il stajı olan adi balıqçı deyil, keçmiş dəniz donanması hərbiçisidir. Balıq ovuna evdə darıxdığına görə getdiyini deyir. Ovda isə həm ləzzət alır, həm də xeyir qazanır.

“Təqaüdçüyəm. Səhər evdən çıxıb, sahilə gəlirəm, tanışlarımla görüşürəm, onlarla söhbət edirəm, son məlumatlardan xəbər tuturam – beləcə də günüm keçir”, – deyə o danışır.

Aleksandr Tariyeloviç belə bir hadisə danışdı:

“Müharibə gedirdi, şəhərdə yemək yoxuydu, hamı birtəhər başını girləyirdi. Bir dəfə sahil tərəfə getdim və burada kiçik balıqçı gəmisi gördüm. Göyərtədə bir oğlan dayanmışdı, yaxınlaşdım, söhbət etdik. Bu zaman göyərtədə balıq toru görüb, düşündüm: bax bu tora indi çoxlu balıq tutarıq. Sahildən bir az uzaqlaşdıq, toru atdıq və bir müddət sonra xamsa dolu toru çıxardıq, balıqlar da çox böyük idi.

Sahilə yaxınlaşandan sonra xamsanı hamıya paylamağa başladıq. Əlbəttə ki, özümüzə də saxladıq. İnsanlar minnətdarlıqla balığı götürüb, gedirdilər, içim indicə çox yaxşı bir iş görməyimizlə bağlı qürurla dolmuşdu. Bu, həyatımda yediyim ən dadlı xamsa idi. Həmin hadisəni tez-tez xatırlayıram və düşünürəm ki, həmin vaxt görünür Allah bizə göydən baxıb, rəhmi gəldi”.  

Qibtə hissi

Bütün balıqçılar bilir ki, bəzən balıqçı həvəsi bütün çərçivələri aşaraq, dəliliyə, nə olursa olsun qəniməti ələ keçirmək istəyinə çevrilir. Hər səhər Suxumda sahildə əlində tilov dayanan balıqçı Tamaz da bu hissi yaşayıb.

Bu da onun hekayəsi.

Bir dəfə, dekabr ayında səhər o balıq ovuna getmək fikrinə düşür, baxmayaraq ki, hava pisiydi və normal balıq almaq ümidi də yoxuydu.

Həmişə olduğu kimi evimə daha yaxın yerə, sahilə gəlib, hər şeyi yerbəyer etdim və balıq tutmağa başladım. Yanımda daha iki balıqçı oturmuşdu. Bir neçə saat oturdum, heç nə tuta bilmədim. Yanımdakı balıqçı isə bir-birinin ardınca balıq tuturdu.

Elə hirsləndim ki, özümü saxlaya bilmədim, yadıma salanda da utanıram. Amma elə pis olmuşdum ki, onu iynələməyə çalışırdım. O isə mənə dedi ki, ona paxıllığım tutur. Onda da mən durub, başladım onunla dalaşmağa və təsadüfən onun balıq dolu vedrəsinə ilişdim, o da suya düşdü.

Çox peşman oldum, axı hamı düşünə bilərdi ki, bunu qəsdən eləmişəm. Yaxşı ki, həmin adam üzümdən bunu oxudu ki, bunu etmək istəmirdim. Əlbəttə, həmin an anlamadı, çünki əvvəlcə az qala dalaşacaqdıq,  amma sonra ona hər şeyi izah edə bildim. Bunu tez-tez xatırlayıram, bu, mənə bir dərs oldu, ki başqalarına paxıllıq etmək olmaz”.  

 

3U8A8320 copy

Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeliyə üst-üstə düşməyə bilər

More on JAMnews