Cəmiyyət problemin mövcudluğunu etiraf edir, amma səbəbləri və həll yolları ilə bağlı mübahisə gedir" />

Abxaziyada hərbi xidmətdən yayınanların siyahısı dərc olunub

Cəmiyyət problemin mövcudluğunu etiraf edir, amma səbəbləri və həll yolları ilə bağlı mübahisə gedir

Abxaziyada ilk dəfədir ki, üzürlü səbəb olmadan hərbi xidmətdən yayınanların siyahısı ictimaiyyətə açıqlanıb.

Ümumilikdə “yayınanlar” siyahısına 18 yaşından 28 yaşına qədər 282 nəfərin adı daxil edilib. Düzdür, az sonra bəlli olub ki, bir neçə nəfərin adı bu siyahıya yanlışlıqla düşüb, Müdafiə Nazirliyi də ən yaxın zamanda siyahını dəqiqləşdirməyə söz verib.

G

ənclərin, əsasən də şəhərlilərin orduda xidmət etmək istəməməsi Abxaziya cəmiyyətində mütəmadi olaraq müzakirə olunan mövzulardan biridir. Buna görə də el arasında Abxaziya Silahlı Qüvvələrini “kəndli” ordusu adlandırırlar.

Bununla belə siyahıda iki kateqoriya xüsusi qeyd olunub, hərbi komissarlıqdan möhlət almasa da, xidmət etməmək üçün üzürlü səbəbi olanlar – bunlar tələbələr və idmançılardır.

Siyahıya tələbə və aspirantların daxil edilməsi cəmiyyətdə xüsusi narazılığa səbəb olub.

“Mən anlamadım, bu nə siyahıdır belə! Niyə mən bu siyahıdayam? Hərbi komissarlıq çox yaxşı bilir ki, mən aspiranturada oxuyuram, bu da mənə möhlət hüququ verir. Və bu çağırışdan yayınma deyil!”, – adını bu siyahıda tapanlardan biri Aynar Kubraa sosial şəbəkədə yazıb.

“Yayınanlar” siyahısına idmançıların adının daxil edilməsi ilə İdman Komitəsi razılaşmayıb:

“Müdafiə Nazirliyinə böyük hörmətlə, istəyərdim ki, idmançılarımızın beynəlxalq idman yarışlarının fəxri kürsülərində respublikamızın bayrağını qaldırmaqla vətəndaş borclarını ödədiklərini hər kəs anlasın”, – Dövlət İdman Komitəsinin sədri Baqrat Xutaba jurnalistlərə bildirib.

Komitə sədri onu da vurğulayıb ki, idmançılar “fiziki cəhətdən hazırdır və istənilən vaxt Vətənin müdafiəsinə qalxa bilərlər”.

Sosial şəbəkələrdə reaksiyalar qızğın və ziddiyyətlidir. Bir neçə xarakterik şərh:

“Müharibədən sonrakı illərdə ilk dəfə idi ki, gənclər Vətən qarşısında borcunu yerinə yetirmək üçün özü orduya can atırdı! İndi isə hərc-mərclik baş verir!”

“Abxaziyanın ən yaxşı oğulları vətənizmiz üçün qanını töküb. [Bunlar] isə indi xidmət etməməkdən ötrü hər cür bəhanə axtarırlar”.

“Bu siyahını niyə dərc etdikləri aydın deyil. Məgər Müdafiə Nazirliyi ictimaiyyəti məsələyə qatmadan öz işini yerinə yetirməyə qadir deyil?”

“Orduda həqiqətən də elementar qayda-qanun yoxdur, hərbi xidmət isə çoxdan gözdən düşüb”.

Məqalə müəllifinin ifadə etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya hər hansı başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews