Bazar günü parlament seçkilərinin ikinci turu olacaq " />

Abxaziya prezidenti cəmiyyəti “avantüra və provokasiyalara uymamağa” çağırdı

Bazar günü parlament seçkilərinin ikinci turu olacaq

Parlament seçkilərinin ikinci turu ərəfəsində gərginləşən vəziyyətlə əlaqədar Abxaziya prezidenti Raul Xadjimba xalqa müraciət edib və “bütün mümkün avantüra və provokasiyalara uymamağa, öz şəxsi və qrup maraqlarından çıxış edərək, ölkəni xaos və anarxiyaya sürükləməyə hazır olanların əməllərinə müqavimət göstərməyə” çağırıb.

Müraciətə səbəb bazar günü, martın 26-da baş tutacaq parlament seçkilərinin ikinci turu ərəfəsində yaranan gərgin vəziyyət oldu.

Xadjimba həftə ərzində 4 saylı Suxum Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Batal Aybanın avtomobilinin yandırılmasını və başqa deputatlığa namizəd, Qal seçki dairəsi üzrə ikinci tura çıxan Kaxa Pertayanın avtomobilinin atəşə tutulmasını “çirkin texnologiyalar” adlandırdı.

“Ayrı-ayrı namizədlərin tərəfdarları… seçicilərə təzyiq göstərir… seçiciləri pulla almağa çalışır, rəqibləri haqqında yalan və dezinformasiya yayırlar”, – deyən Raul Xadjimba onu da vurğulayıb ki, avtomobillərin yandırılması və atəşə tutulmasında iştirak edən şəxslərin aşkar edilməsi üçün bütün tədbirlər görülüb.

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

More on JAMnews