Keçmiş prezident Saakaşvilinin xanımı - Zuqdidi merliyinə namizəd artıq nəticələri tanımadığını bildirib " />

Gürcüstanda seçkilərin ilkin nəticələri: Tbilisidən başqa hər yerdə iqtidaryönlü namizədlər birinci turda qalib gəlir

Keçmiş prezident Saakaşvilinin xanımı - Zuqdidi merliyinə namizəd artıq nəticələri tanımadığını bildirib

Mayın 19-da Gürcüstanda ara seçkilər keçirilib. Tbilisinin mərkəzi rayonlarından biri olan Mtatsmindada seçicilər 2018-ci ilin noyabrında Gürcüstan prezidenti seçilən Salome Zurabişvilinin əvəzinə parlamentə majoritar deputat seçirdilər. Həmçinin Gürcüstanın bir neçə rayonunda – Marneuli, Zuqdidi, Xulo, Zestfoni və Çiaturada növbədənkənar mer seçkiləri keçirildi.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası səslərin bir hissəsinin hesablanmasının yekununda səsvermənin ilkin nəticələrini elan edib. Bu məlumatlara əsasən, Tbilisinin Mtatsminda dairəsindən başqa, hər yerdə hakimiyyətdən olan namizədlər birinci turdaca qalib gəlir.    

Bu məlumatlara əsasən:

•Tbilisinin Mtatsminda dairəsindən majoritar parlament deputatı seçkilərində hakimiyyətdən olan namizəd Lado Kaxadzeyə 41%, müxalifətdən olan namizəd Şalva Şavqulidzeyə 37% seçici səs verib. Burada çox güman ki, seçkilərin ikinci turu təyin ediləcək.

•Zuqdidi merliyinə seçkilərdə hakim partiyadan olan namizəd Qeqa Şenqeliya 54%, müxalifətdən olan namizəd Sandra Rulofs 43% səs toplayıb.

•Marneulidə mer postuna hakim partiyadan olan namizəd Zaur Darqallı 79%, iki müxalifətçi namizəd Agit Mustafayev və Ağməmməd İmamquliyev 11% və 7% faiz səs toplayıblar.

•Zestafonu, Xulo və Çiaturada iqtidaryönlü namizədlər yenə səslərin yarısından çoxunu alıb

Keçən seçkilər həm hakimiyyət, həm də müxalifət tərəfindən 2020-ci il parlament seçkiləri ərəfəsində poliqon kimi nəzərdən keçirilir

Gürcüstan prezidentinin seçkilərinə həsr olunmuş konfransda, qiymətlər və rəylər

Qərbi Gürcüstan, Sandra Rulofs, çox sayda qarşıdurma və münaqişələr  

Ən çox diqqəti Qərbi Gürcüstanın Zuqdudi şəhərində baş tutacaq mer seçkilərində cəmlənib – ilk növbədə ona görə ki, bu şəhərdə bələdiyyə başçısı kürsüsünə birləşmiş müxalifətin irəli sürdüyü namizəd Sandra Rulofs Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşıdır.

“Biz onların qələbəsini, seçkilərini tanımırıq. Bu, seçki deyildi, bu, dövlət təhlükəsizliyi və kriminalların birgə xüsusi əməliyyatı idi”, – hakim “Gürcü arzusu” partiyası əvvəldən öz qələbəsini elan edəndən sonra Sandra Rulofs bildirib. O, tərəfdarlarını mübarizəni davam etdirməyə çağırıb.

Bütün gün ərzində Zuqdidi ara seçkilərin ən qaynar nöqtəsi olaraq qalıb.

Məntəqələr bağlanandan sonra səslər hesablanmağa başlayanda Zuqdididə daha bir neçə insident baş tutub.

O cümlədən məntəqədən zor tətbiq olunmaqla müxalif “Milli hərəkat” partiyasından parlament deputatı Tina Bokuçava çıxarılıb. Polislər onu şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyinə görə zorla sürüyüb çıxarıblar.  

Polislər müxalifətdən olan deputat Tina Bokuçavanı seçki məntəqəsindən çıxarırlar. Foto: Facebook

Bundan başqa, polis müxalif “Rustavi-2” teleşirkətinin çəkiliş qrupunun bir neçə üzvünü çıxarıb.

Hesablamaların həyata keçirildiyi bir çox məntəqə polislər tərəfindən əhatəyə alınıb.

Bununla belə, Sandra Rulofs əksər məntəqələrdə qalib gəldiyini və artıq birinci turda qələbə çalacağını gözlədiyini bildirib.  

Hakim “Gürcü arzusu” partiyasının qərargahında isə bildiriblər ki, onların mer kürsüsünə olan namizədləri Qeqa Şengeliya “inamlı qələbə” çalır.

Başqa şəhərlərdə hakim partiyadan merliyə namizədlər də qələbələrini qeyd edirlər.

Misal üçün, Marneulidə hakim “Gürcü arzusu” partiyasından olan namizəd Zaur Darğallının qələbəsini qeyd ediblər. Qərargaha onun tam boylu şəkli təsvir olunan böyük tort gətiriblər. “Azadlıq radiosu” tərəfindən çəkilən bu fotoda tortu artıq kəsməyə başlayıblar.  

Ciddi pozuntu olmayıb

Saat 20.00-a olan məlumata görə, seçkilərdə səsvermə proseduru ciddi pozuntu olmadan keçib, “Gənc hüquqşünaslar assosiyasiyası” qeyri-hökumət təşkilatının başçısı Sulxan Saladze deyib.

“Amma günün birinci yarısının tendensiyası qaldı, bu da Zuqdididə seçicilərin iradəsinə nəzaratdə, məntəqələrin yanında əlaqələndirici və bütün başqa dairələrdə tərəfdarların səfərbəriyində ifadə olunur”, – deyə Saladze bildirib.

16.00, 19 may 2019-cu il

Gürcüstanda birləşmi müxalifətin lideri Qriqol Vaşadze hökuməti “kriminalı səfərbər etməkdə” ittiham edib.

Səslərin alınması faktları Qərbi Gürcüstanda, Ruhi kəndində qeydə alınıb, Vaşadze deyib.

O həm də bildirib ki, “cinayətkarlar Koki kəndində insanları döyüb, 50 banderloq 18-ci məntəqədə qeydə alınıb, bu da xüsusi əməliyyatın başlanmasına işarədir”.

“Bizim beş min müşahidəçimiz, 200-dən çox canlı efir kameramız, 300-dən çox müvəqqəti və səyyar kameramız var – biz bir dənə də olsun faktı bağışlamayacağıq, biz bütün etiraz formalarına müraciət edəcəyik! Qeyri-hökumət təşkilatları və ATƏT elə nəticələr çıxaracaqlar ki, prezident seçkilərindən sonra çıxarılan nəticələr bunun yanında ana laylası olacaq”, – Qriqol Vaşadze jurnalistlərə deyib.

Hakim partiyadan Zuqdidi meri kürsüsünə namizəd Qeqa Şenqeliya seçki məntəqəsində. Foto: JAMnews

Zuqdididə müxalifət və hakim partiya nümayəndələri arasında artıq bir neçə insident baş verib.

Ən səs-küylü münaqişələrdən biri müxalifət məntəqələrə gələn seçiciləri saymaqla məşğul olan hakim partiyanın “əlaqələndiricilərinin” işinə mane olmağa çalışdığı üçün başlayıb.  

Müxalifət bildirir ki, əslində “əlaqələndiricilər” səsləri almaqla məşğul olub.

İnsidentlərin nəticəsində polis səsvermə prosesi zamanı beş nəfər saxlayıb.

“Beş nəfər Zuqdidi, Koki, Zestafoni şəhərlərində inzibati xətalara görə saxlanılıb. Bu, müxtəlif siyasi partiyaların, o cümlədən hakim partiyanın nümayəndələridir. Çoxu artıq iltizam alıınaraq, buraxılıb”, — daxili işlər nazirinin müavini Natiya Mezvrişvili deyib.

Daha çox pozuntu Zuqdididə və Gürcüstanın digər regionu olan Kvemo Kartlidə qeydə alınıb (burada da bu gün Marneuli mərkəzi quberniya şəhərinə mer seçilir), seçki prosesini qiymətləndirən “Ədalətli seçkilər” təşkilatının başçısı Mixail Benidze deyib.

“Zuqdididə və Marneulidə bir neçə məntəqədə müşahidəçilərin hüquqları məhdudlaşdırılıb. Bəzi məntəqələrdə iğtişaşlar və fiziki qarşıdurma baş verib. Bəzi məntəqələrdə seçki məntəqələrinə gələn seçiciləri hesablayan partiya fəalı çoxdur”, – Benidze deyib.

Zuqdidi meri kürsüsünə seçkilərdə seçki məntəqəsində səsvermə. Foto: JAMnews

Niyə Sandra Rulofs və niyə Zuqdidi?

Zuqdidi bələdiyyəsi başçısı postu uğrunda birləşmiş müxalifətdən namizəd kimi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Rulofs mübarizə aparır.

“Qələbə Zuqdididə başlayır” – Sandra Rulofs öz kampaniyasını bu şüar altında aparırdı.

Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasında hesab edirlər ki, “Gürcü arzusu” iqtidar partiyasının ayrıca bir şəhərdə məğlubiyyəti “Gürcü arzusu” və lideri, milyarder Bidzina İvanişvili hakimiyyətinin sonunun başlanğıcı olacaq.

Sandra Rulofsa dəstəyi digər əsas müxalifət partiyaları da  ifadə ediblər.

Sandra Rulofs tərəfdarları ilə birlikdə, foto: Facebook

Saakaşvilinin partiyası keçmiş birinci ledinin namizədliyini Zuqdididə ilk dəfə deyil ki, irəli sürür.

2016-cı il parlament seçkiləri zamanı o, Zuqdididən majoritar deputatlığa namizədliyini irəli sürüb və 46 faiz səs toplayıb. Amma seçki nəticələrini qeyri-legitim elan edən partiyanın qərarına uyğun olaraq ikinci turda mübarizəni davam etdirməkdən imtina edib.

Daha əvvəl Saakaşvilinin xanımı dəfələrlə mərkəzi Zuqdidi olan Sameqrelo regionunda seçkiqabağı kampaniyalarda iştirak edib. 2008-ci il prezident seçkilərindən əvvəl o, hətta meqrel dilində mahnı da ifa edib.

Sameqrelo regionunda ənənəvi olaraq Saakaşvilini və onun partiyasını dəstəkləyirlər – bütün əvvəlki seçkilərdə onlar ən çox səsi digər regionlarla müqayisədə bu regionda toplayıblar.

Zuqdidi meri kürsüsünə iqtidar partiyasının namizədi Qeqa Şenqeliya seçicilərlə görüşür. Foto: Facebook

Seçkiqabağı gərginlik və hakimiyyətin ünvanına ittihamlar

Zuqdididə mer seçkilərinin praktiki olaraq bütün kampaniya müddəti siyasi rəqiblər arasında gərgin və mütəmadi qarşıdurma atmosferində keçir.

Beləcə mayın 14-də iqtidar partiyasının bir qrup tərəfdarı Sandra Rulofsa, onun tərəfdarlarına və jurnalistlərə verilişin çəkilişləri getdiyi zaman hücum edib. Nəticədə hücum edənlərdən biri həbs edilib.

Zuqdididə bu insidentdən əvvəl “Gürcü arzusu” partiyasının üzvü və Zuqdidi sakrebulosunun deputatı Qia Daneliyanın ona və digər yerli liderlərə seçiciləri istənilən yolla satın almaqla bağlı göstəriş verildiyi haqda danışdığı gizli çəkilmiş video görüntülər yayılıb. Satın almaq mümkün olmayanları isə qorxutmaq lazım imiş.

Müxalifət hakimiyyəti seçiciləri total şəkildə qorxutmaqda və onlara təzyiq göstərməkdə ittiham edir. Üstəlik yalnız büdcə işçilərinə yox, həm də özəl təşkilatlara qarşı. Seçki komissiyalarının əməkdaşlarını isə pozuntularda və saxtakarlıqda ittiham edirlər.

Mayın 18-də naməlum şəxslər havaya atəş açmaqla müxalif fəalları qorxutmağa çalışıb. Atəş açanlar saxlanılıb.

Mayın 18-də müxalif Rustavi-2 telekanalının jurnalistləri bildiriblər ki, başqa şəhərlərdə seçkilərə bir neçə gün qalmış qeydiyyat yerini dəyişdirib, Zuqdidiyə qeydiyyata düşən insanları – məmurları aşkar ediblər.

Hakimiyyət şəhərdə polisin xüsusi təyinatlı dəstyələrini səfərbər edib. Yerli “Odişi” teleşirkətinin jurnalistləri şəhərə DİN dəstələrinin yeridildiyini çəkə biliblər.

Этой ночью. Съемки Odishi News.Если б они так же охраняли население на линии оккупации, убиство Отхозория не произошло бы… Ведь могут блюсти, когда хотят!

Posted by Dimitri Kipiani on პარასკევი, 17 მაისი, 2019

 


More on JAMnews