Partiya sədri artıq 14 ildir ki, xarici pasport ala bilmir " />

Əli Kərimli nazirliyi məhkəməyə verib

Partiya sədri artıq 14 ildir ki, xarici pasport ala bilmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli artıq 14 ildir ki, xarici pasport ala bilmədiyi üçün Daxili İşlər Nazirliyini məhkəməyə verib

Nazirlik müxalifətçiyə pasport verməkdən imtina etməsini Kərimli üzərində qapanmamış cinayət işinin olduğu ilə izah edir. 1994-cü ildə o, müxalifətin razılaşdırılmamış mitinqi zamanı saxlanılıb və polisin bildirdiyinə görə, cibində əl qumbarası aşkarlanıb.

Həmin vaxtdan bəri Kərimli bir neçə dəfə xarici pasport alıb və iki dəfə deputat seçilib. 2006-cı ildə isə ona yeni xarici pasport verməkdən imtina ediblər.

2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Əli Kərimlinin hərəkət azadlığı hüququnun pozulduğu haqda qərar çıxarıb.

Əli Kərimli 2019-cu il yanvarın 19-da müxalifətin siyasi məhbusların müdafiəsi üçün keçirdiyi mitinqdə. Foto JAMnews. 

• Azərbaycanda nə dəyişir – cəmiyyət, hökumət, müxalifət?

• Şərh: Azərbaycanda 2019-cu ilin 3 yaxşı və 3 pis xəbəri


More on JAMnews