Kəndlilər öz məhsullarını satmaq, yerevanlılar isə bu məhsulları vasitəçi-alverçilər olmadan ilk əldən almaq imkanı qazanıb və bu hər iki tərəfə sərfəlidir " />

Yerevanda kənd təsərrüfatı məhsulları yarmarkası açılıb

Kəndlilər öz məhsullarını satmaq, yerevanlılar isə bu məhsulları vasitəçi-alverçilər olmadan ilk əldən almaq imkanı qazanıb və bu hər iki tərəfə sərfəlidir

Bu ün Yerevanda kənd təsərrüfatı məhsulları yarmarkası açılıb. Yarmarkanın məqsədi əhali və fermerlər üçün vasitəçisiz alver meydançası yaratmaqdır.

Ermənistanın artıq məhsulun yetişdiyi regionlarından 120-130 fermer bazara öz malını gətirib.

Fermerləri artıq xərcdən qurtarmaq üçün onlara nəinki məhsullarını satışa qoymağa piştaxtalar, həm də tərəzilər pulsuz verilib.

Yeri gəlmişkən, səhər yarmarkanı Kənd Təsərrüfatı naziri İqnatiy Arakelyan da ziyarət edib. Üstəlik o bura işlə bağlı yox, evinə alış-veriş eləmək üçün gəlib.

O, satıcılardan əriyin, xiyarın qiymətini soruşub, bəzi meyvələrin dadına baxıb, sonra da xeyli ərzaq alıb. Jurnalistlər fikir veriblər ki, nazir yarmarkaya evdə lazım olan ərzaqların siyahısı ilə gəlib.


More on JAMnews