Əgər xəstələnmələri bayram günlərinə düşməsəydi və poliklinikalar tam rejimdə işləsəydi, onlardan yalnız 10%-i xəstəxanaya yerləşdirilmiş olardı " />

Yerevanda 360 uşaq xəstəxanada müalicə alır

Əgər xəstələnmələri bayram günlərinə düşməsəydi və poliklinikalar tam rejimdə işləsəydi, onlardan yalnız 10%-i xəstəxanaya yerləşdirilmiş olardı

Hazırda Yerevanda 360 uşaq xəstəxanada müalicə alır. Onlar kəskin respirator virus xəstəlikləri ilə xəstəxanaya yerləşdirilib, ağ ciyərlərin iltihabı halları da var.
Əsasən bunlar iki yaşına qədər körpələrdir. Əksəriyyətinin stasionar müalicəyə ehtiyacı olmayıb, uşaqlar arasında ağır xəstələr yoxdur. Həkimlər izah edirlər ki, əgər xəstələnmələri poliklinikaların tam rejimdə işləmədiyi bayram günlərinə düşməsəydi, onlardan yalnız 10%-i xəstəxanaya yerləşdirilərdi.
“Müqəddəs Məryəm” tibb mərkəzinin direktor müavini David Dallakyan bildirib ki, bu il xəstələnən uşaqların sayı ötən ilkinə nisbətən daha azdır.
“Ötən il bu ərəfədə şöbədə boş yer yox idi. Bu il elə deyil”, – Dallakyan deyib.
Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin əməkdaşı Liana Torosyan söyləyib ki, vəziyyət mövsüm üçün xarakterikdir, panika üçün səbəb yoxdur. Onun fikrincə, məktəblərin və bağçaların karantinə bağlanması haqda heç düşünmək belə lazım deyil, çünki əsasən ən kiçik yaşda olan uşaqlar xəstələnib.

More on JAMnews