Təhsil Nazirliyi Çindən dövlət xətti ilə təhsil alan 62 tələbəni vətənə gətirib" />

Yeddi azərbaycanlı tələbə epidemiya yayılan şəhərdən çıxa bilmir

Təhsil Nazirliyi Çindən dövlət xətti ilə təhsil alan 62 tələbəni vətənə gətirib

Azərbaycandan olan yeddi tələbə karantin üzündən Çinin Uhan şəhərini tərk edə bilmir. Ümumilikdə Çində 500 nəfər azərbaycanlı tələbə təhsil alır. Təhsil Nazirliyi dövlət xətti ilə təhsil alan 62 tələbəni vətənə qaytarıb. Bu haqda BBC təhsil naziri Ceyhun Bayramova istinadən məlumat verib

Bu yeddi tələbə ilə mütəmadi olaraq əlaqə saxlanılır və onların şəhərdən çıxarılması üçün yollar axtarılır – təhsil və xarici işlər nazirliklərinin nümayəndələri belə deyir.

Çinin mərkəzi hissəsində yerləşən Uhan şəhəri “2019-nCoV” koronavirusunun yayıldığı episentrdir. Bu virusdan Çin Xalq Respublikasında artıq yüz nəfərdən çox insan ölüb. Hazırda şəhər giriş və çıxış üçün tamamilə qapalıdır.

• “2019-nCoV” koronavirusu haqda ətraflı

• Gürcüstan aeroportlarında sərnişinlər koronavirusla bağlı müayinə edilir

• Ermənistanda həkimlər HİV və QİÇS-li insanları necə diskriminasiyaya uğradır?

Bəzi tələbələrin artıq Çini tərk etdiyi haqda orada yaşayan və az əvvəl Bakıya qayıdan Elmar Ağazadə də danışıb.

Onun sözlərinə görə, Çindəki azərbaycanlı tələbələrin əksəriyyəti təşvişə düşmədən, “sakitcə yenilikləri gözləyirlər”.

Bununla belə Azərbaycanın Səhiyyə Nazirliyi “Yeni koronavirusa (2019-nCoV) qarşı profilaktik tədbirlərin gücləndirilməsi haqda” sərəncam verib. Bu sərəncama əsasən, xəstəxanalar kəskin respirator virus infeksiyası şübhəsi ilə daxil olan pasiyentlərin yerləşdirilməsi üçün xüsusi palatalar ayırmalı və digər ehtiyat tədbirləri görməlidir.

Həmçinin Səhiyyə Nazirliyi Gömrük Komitəsi ilə əməkdaşlıq edir – onlar birlikdə xəstəliyin yayıldığı ölkələrdən gələn insanları virusa yoluxma ilə bağlı yoxlayır və onları tibbi nəzarətə alırlar.


More on JAMnews