Ekspertlərin fikrincə, nəticədə müəllim və pedaqoqlara daha az əmək haqqı veriləcək" />

Yaxın üç ildə Ermənistanda təhsilə daha az vəsait ayrılacaq

Ekspertlərin fikrincə, nəticədə müəllim və pedaqoqlara daha az əmək haqqı veriləcək

Ermənistan hökuməti yaxın üç il üçün təhsilə ayrılan vəsaitin həcmini azaltmaq qərarı alıb. Ekspertlərin fikrincə, təhsil sahəsindəki qənaət nəticəsində orta və ali məktəblər daha az pul alacaq, bu isə müəllim və pedaqoqların daha az maaş almasıza və tədris keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq.

“Bu, sözügedən sahə üçün əsl fəlakətdir”, – təhsil məsələləri üzrə ekspert Serob Xaçatryan deyir. Onun fikrincə, pulsuz nə keyfiyyətli mütəxəssislər, nə də təhsilli nəsil yetişəcək.

“Biz müəllimlərə deyək ki, 100 min dram [təqribən 200 dollar] ödəməli idik, indi 80 min [təqribən 170 dollar] ödəyəcəyik. Amma həyatda hər şeyin bir qiyməti var, beləliklə artıq kəlməyə ehtiyac olmadan deyə bilərik ki, bütün sistemə ziyan vurulur”, – Xaçatryan vurğulayıb.

Hökumət qəbul olunmuş bu qərarı belə şərh edir: “Hökumət ölkənin stabil inkişaf və irəliləyişi üçün əsas şərtlərdən biri olan təhsilə böyük önəm verir. Amma hazırkı sistemin optimal formata gətirilməsi təhsilə ayrılan xərclərin artırılması üçün əsasları məhdudlaşdırır. Növbəti mərhələdə hökumət təhsilə ayrılan dövlət xərclərini həm nominal həcmdə, həm də ÜDM- münasibətdə davamlı olaraq artırmağı planlaşdırır”.

Amma bu izahat mütəxəssisləri razı salmayıb. Mxitar Sebastatsi Təhsil Kompleksinin direktoru Aşot Bleyan hesab edir ki, təhsil sahəsi onsuz da yetəri qədər maliyyələşdirilmir, müəllimlərin maaşları isə “müavinəti” xatırladır. Bu şəraitdə təhsilə ayrılan vəsaitin azaldılması onun fikrincə biabırçılıqdır.

O vurğulayıb ki, hökumət təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi haqda düşünsə, gənclərə özünütəhsillə məşğul olmaq imkanları versə daha yaxşı olardı.

Bu məsələ ilə bağlı Facebook istifadəçiləri də öz narazılıqlarını bildiriblər. Hökumətin təhsilə ayrılan vəsaitləri azaltması haqda qərarı nəinki onların rəğbətini qazanmayıb, üstəlik sosial şəbəkə istifadəçiləri bununla onsuz da keyfiyyəti aşağı səviyyədə olan tədrisin daha da pisləşəcəyi üçün qəzəbləniblər.

“Bəs Respublikaçılar Partiyası elmə söykənən iqtisadiyyat, təhsil sahəsinə xərclərin artırılması haqda danışırdı və söz veridi ki, bla-bla-bla”

“Nuş olsun, əziz hökumət, bax ha, partlamayasan…”

“Afərin, öldürün bu ölkənin gələcəyini. Pulemyotdan, cənablar, pulemyotdan”.

“Diqqət, ölüm yatağında olan təhsil sistemi dövlət səviyyəsində məhv edilir”.

“İndiyə qədər hətta bizim ölkəmizdə də formal olaraq mümkün yüksəliş ehtimal olunurdu. Mənim gözəl Nairi ölkəm, hökuməti təhsilin maliyyələşdirilməsinin məqsədyönlü üç mərhələli məhdudlaşmasını elan edən unikal ölkədir, yəni növbəti üç ildə maliyyələşmə hər əvvəlki ilə nisbətən azaldılacaq”.

“Təhsil haqqının qaldırılması, təhsilə ayrılan vəsaitin azaldılması. Nə vaxta qədər? Ölkəmizin yeganə normal resursu təhsilli nəsildir, amma bizim hökumətimiz bu yolla cəmiyyətin inkişafına mane olur, kasıb ölkədə cəmiyyətin böyük hissəsini təhsil almaq imkanından məhrum edir. Təhsil ictimai mülkiyyətdir, biznes deyil”.


More on JAMnews