Vaşinqtonun “qara siyahısına” kimlərin düşəcəyi fevralda dəqiq bilinəcək" />

Yaxın çevrə hazırlaşsın – ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından nə gözləmək olar?

Vaşinqtonun “qara siyahısına” kimlərin düşəcəyi fevralda dəqiq bilinəcək

“Novaya qazeta”nın materialları əsasında

2018-ci il fevralın 1-ə qədər Amerikanın Maliyyə Nazirliyi Rusiya oliqarx və məmurlarına qarşı “fərdi sanksiyalar” haqda məruzə hazırlayır.

Beynəlxalq ekspertlər qrupu gələcək “Kreml Məruzəsinin” “fiqurantlarının” – maliyyə aktivlərinin dondurulması və ABŞ-a girişinin qadağan edilməsi gözlənilən şəxslərin seçim meyarlarını müəyyən edib.

Məruzədə bu insanların Vladimir Putinlə əlaqələri gözdən keçiriləcək, onların korrupsiyayla əlaqəsi müəyyən ediləcək, varidatlarının həcmi və gəlir mənbələri dəyərləndiriləcək.

“Rejimə yaxınlıq” əlamətlərindən biri kimi ekspertlər “Putin rejiminin aqressiv (qanunsuz) əməllərinə” aidiyyətinin (açıq və ya gizli) olmasını qeyd edirlər. Onlar “Gürcüstan və Ukraynaya qarşı hərbi təcavüzü” də bu cür əməllər sırasına daxil edirlər.

“Kreml siyahısında” aşağıdakıların yer alacağı ehtimal olunur:

  • Təcavüzkar, korrupsiyaçı və cinayətkar əməllərə görə məsuliyyət daşıyan siyasi xadimlər, yarıdövlət təşkilatları, biznesmenlər;
  • Putinin 1990-cı illərin əvvəllərində birlikdə bizneslə məşğul olduğu “Sankt-Peterburqdan olan yaxın dost çevrəsi”;
  • Rusiya elitasının “qızıl uşaqları”;
  • Putinin “şəxsi aktivlərinin” “mühafizi” rolunu oynayan şəxsi dostları;
  • Kremllə müştərək biznes sayəsində gəlir əldə edən iri biznesmenlər;
  • dövlət şirkətlərinin tutduğu mövqeyə görə Putinlə yaxın münasibətlərinə borclu olan korrupsiyalaşmış menecerləri;
  • yuxarıdakı kateqoriyalarda göstərilmiş şəxslərə məxsus olan yarıdövlət şirkətlərinin rəhbərləri

Əsas odur ki, Konqresə ünvanlanan məruzə birbaşa hüquqi qüvvəyə sahib deyil. Bu məruzəni palataların hər birində üç komitə: xarici işlər, maliyyə və bank fəaliyyəti komitələri dinləməlidir. Məruzə açıq formada hazırlanıb, amma məxfi hissələri də ola bilər.

Hazırlıq məxfi rejimdə gedir, Amerika mətbuatına əhəmiyyətli dərəcədə sızmalar olmayıb. Amma The Bell “Kreml Məruzəsinin” potensial fiqurantlarının familiyalarını sadalayır: Oleq Deripaska, Mixail Fridman, Alişer Usmanov, Roman Abramoviç.

İndən belə hadisələrin inkişafı Tramp administrasiyasının qətiyyətindən asılı olacaq.

Tramp Moskva ilə onsuz da bərbad olan münasibətləri daha da korlamamaq üçün oliqarxlar və “yaxın çevrə” ilə bağlı “Kreml Məruzəsini” təxirə salmaq və ya sabotaj etmək, bununla da Konqreslə onsuz da pis olan münasibətlərini daha da pisləşdirmək istəyəcəkmi? “Rusiya mövzusunun” gərginləşməsi şəraitində Amerika KİV-nin səhifələrində və Kapitol divarları arasında prezident çətin ki, qanunvericilərin növbəti tənqid atəşinin altına girsin və onun Putinə qarşı “anlaşılmaz” rəğbəti ilə bağlı mətbuatın mühakimələrinə imkan versin.


More on JAMnews