Ukraynadan reportaj, aktyor komik necə prezident oldu və ondan nə gözləmək olar " />

Ukraynalılar hakimiyyətlə zarafat etdilər

Ukraynadan reportaj, aktyor komik necə prezident oldu və ondan nə gözləmək olar

Ukraynadakı bu seçkilərdə nələrin baş verdiyini izah emək o qədər də asan deyil, o cümlədən də Ukrayna vətəndaşlarının özü üçün, hətta Zelenskiyə səs verənlərin bir çoxu da daxil olmaqla. Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski mayın 20-də andiçmə mərasimi keçirdi.

Zelenski femoneni

Ukraynada populyar “Xalqın xidmətçisi” serialı demək olar ki, gerçəkləşib – serialda təsadüfən prezident seçilən kənd müəllimi rolunu oynayan Vladimir Zelenski gerçək seçkilərdə Ukraynanın fəaliyyətdə olan prezidentinə qalib gəlib. O, səslərin 73, opponenti Pyotr Poroşenko isə 25%-ni toplayıb.

Burada daha böyük rol nə oynadı – serialdan olan virtual personaja simpatiyalar yoxsa fəaliyyətdə olan hakimiyyətdən narazılıq? Hələlik dəqiq cavabı heç kim bilmir.

Serialda Zelenskinin qəhrəmanı – prezident Qoloborodko korrupsiya ilə mübarizə aparır, iri məmurları həbsə atır, oliqarxlarla mübarizə aparır, nəticədə də çox sayda çətinlikdən, o cümlədən impiçment və hətta həbsdən keçib, uğur qazanır.  

“Siz Qoloborodko deyilsiz”, – debat zamanı prezident Poroşenko öz opponentinə müraciətlə deyib, – “Siz bura velosipedlə, trolleybusla gəlməmisiz”.

• Şərh: Ukrayna təmiz səhifədən başlayır?

• Ukraynanın yeni prezidenti Vladimir Zelenski nə edə bilər və nəyi bacarmaz?

Həqiqətən də Zelenski velosipeddə deyil, çox da baha olan “Range Rover”lə və mühafizə ilə gəzir. O sadəcə aktyor Vladimir Zelenski deyil, o, müəllif və ssenariçi olmaqdan başqa, həm də milyonluq dövriyyəsi olan biznes idarə edən (hər halda seçkilərə qədər idarə edirdi) təcrübəli media menecerdir. “Kvartal 95” studiyasından başqa, bu həm də filmlər və müxtəlif şouların istehsalıdır.  

Poroşenko və onun tərəfdarlarının Zelenskini qınadıqları əsas məsələ onun oliqarx İqor Kolomoyski ilə yaxınlığıdır, kampaniya zamanı prezindet onu hətta “marionet” adlandırdı. Bir vaxtlar Poroşenkonun məsləkdaşı olan Kolomoyski – prezidentin özü 2014-cü ildə onu Dnepropetrovsk vilayətinin qubernatoru təyin edib – Ukraynada bir çoxlarının fikrincə, həqiqətən də vilayəti Rusiyayönlü separatçıların təsirindən xilas edib, ordu və könüllü batalyonları şəxsi vəsaiti hesabına  maliyyələşdirib.

Sonradan Poroşenko ilə Kolomoyskinin yolları ayrılıb – dövlət neft şirkətinə nəzarət səbəbindən prezidentlə arası dəyən oliqarx qubernator postundan istefaya göndərilib, sonradan da ölkəni tərk edib. İkraynanın Kolomoyskiyə məxsus olan ən iri bankı olan “Privatbank”  milliləşdirilib.

Vladimir Zelenksi Kolomoyskini öz biznes partnyoru adlandırır – onun yumoristik şousu və teleserialı Kolomoyskiyə məxsus 1+1 kanalında çıxıb. Jurnalistlər müəyyən ediblər ki, seçkiqabağı kampaniya zamanı Zelenski Kolomoyskiyə xidmət edən vəkillə işləyib, mühafizə və maşını da oliqarxın qurumlarına aid olub. Bundan başqa məlum olub ki, seçkilərdən əvvəl Zelenski bir neçə dəfə Kolomoyskiyə yaxın olan oliqarxların müşayiəti ilə onun yaşadığı İsrailə gedib.  

Zelenskinin özü Kolomoyskinin ona təsirini inkar etmir, qərarğahının nümayəndələri isə kampaniya prosesində “köhnə partnyorları” ilə əməkdaşlıqda pis heç nə görmürlər.   

Əsas səbəb nədədir?

Ukraynada əksər siyasi şərhçilər və adi vətəndaşlar güman edir ki, insanlar seçkilərdə əsasən fəaliyyətdə olan hakimiyyətə qarşı etiraz əlaməti olaraq və fəaliyyətdə olan ssiyasətçilərdən ümumi narazılıqlarına görə səs veriblər.  

“Müəyyən mənada Zelenskinin yüksək göstəricisi onun şəxsi xidməti deyil. Bu, siyasətdə bir gün belə olmayan insana verilən səs idi”, – “Dzerkalo tijnya” nəşrinin baş redaktor müavini Sergey Raxmanin deyir.  

O hesab edir ki, məhz siyasi təcrübənin olmaması üstə gəl serial və şouların sayəsində tanınma Zelenskiyə həlledici dəstəyi təmin etdi.

Bundan başqa, Poroşenko və ətrafı da öz məğlubiyyətlərinə “töhfə” verdilər:

“Poroşenko ətrafında loyal, hardasa yaltaq adamlar topladı, bu da isti vanna effekti yaratdı”.

Prezident seçkilərdən qabaq özünə təcrübəli “xalq atası”, uğurlu baş komandan, milli ideya və mənəvi dəyərlərin müdafiəçisi obrazını seçdi. Seçkilərdən bir az əvvəl isə İkrayna pravoslav kilsəsi əsasən də prezidentin sayəsində Konstantinopol patriarxatı tərəfindən öz avtokefaliyasının tanınmasına nail oldu.   

Yəni əsl postsovet hökmdarı obrazına çox oxşayan bir şey alındı. Seçkilərdən qabaq prezident hətta Vladimir Putin kimi yeni raketin sınaqdan keçirilməsinə şəxsən özü komandanlıq edib.

Poroşenkonun kampaniyasının əsas sloqanı “Ordu, Dil, Din” olub. Bu da heç bir əlavə izahat verilmədən, milli dəyərləri əsas tutan seçiciləri onun tərəfinə çəkməli idi.

Amma bu işləmədi.  

“Nə baş verdi? Xalq ona yarımçıq həqiqətlər söyləyən və ya uzun illər boyu yalan danışan adamlardan bezib. Çoxları da son illərin vətənpərvərlik ritorikasından cana doyub. İnsanların həyatlarının yaxşılaşmaması fonunda dil, din, ordu, beynəlxalq arenada uğurlarla bağlı bütün bu şüarlar çox qıcıqlandırırdı”, – məşhur jurnalist, “Hromadskoye” radiosunun aparıcısı, namizədlər arasında ikinci turdan əvvəl stadionda əsas dabatlarda aparıcı olan Andrey Kulikov deyir.

 

Həqəqitən də ölkədə dil və dindən başqa da kifayət qədər problem var.

Ukraynanın şərqində hibrid müharibə aparan Rusiya ilə münaqişə davam edir. Minsk razılaşmaları aktiv döyüş fazasını dayandırsa da, mövqe döyüşləri və qarşılıqlı atışma davam edir, hərbçilər həlak olur.

İnqilab və ondan sonra gələn müharibə milli valyutanın kəskin devalvasiyası ilə müşayiət olunan iqtisadi böhrana gətirib çıxarıb. Bu vaxt ərzində Ukrayna Moldovadan Avropanın ən yoxsul ölkəsi adlanmaq imtiyazını alıb.

Son illərdə korrupsiya ilə bağlı vəziyyət də əhəmiyyətli dərəcədə dəyişməyib, onun səviyyəsi əvvəlki kimi yüksəkdir. “Тransparency International”ın 2018-ci ilə aid korrupsiyanı qavrama indeksinə görə, Ukrayna dünyada 120-ci yerdədir, bu da onu Avropanın korrupsiyanın səviyyəsi ən yüksək olan ölkəsi edir. Post-sovet ölkələri arasında daha pis vəziyyət Rusiya, Azərbaycan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində müşahidə olunur.       

Ölkədə hələ də oliqarx idarəçiliyi çiçəklənir – əsas media, iqtasadiyyatın ayrıca sahələri və hətta siyasi partiyalar oliqarxlar  tərəfindən idarə olnur.

Korrupsiya qalmaqalları, o cümlədən  Poroşenkonun yaxın ətrafının da adı hallandığı ordunun təchizatında korrupsiya ilə bağlı qalmaqallar onun reputasiyasına ciddi zərər vurdu.  

Avropa İttifaqı ilə vizasız rejimin əldə edilməsi və Aİ ilə NATO-ya inteqrasiya kursunu Poroşenko öz xidməti hesab edir.

Ukrayna Jurnalistlər Birliyinin rəhbəri Sergey Tomilenko isə son seçkiqabağı kampaniya ilə bağlı maraqlı detal danışır – açıq Rusiyayönlü siyasət aparan telekanallar ikinci turdan öncə Zelenskini deyil, məhz Poroşenkonu dəstəkləyiblər.   

Poroşenkonun tərəfdarlarının nəzarəti altında olan media isə ən çirkin təbliğat metodlarına belə əl atıb.

“Poroşenkonun ətrafı tərəfindən maliyyələşdirilən Milli televiziya şirkəti açıq şəkildə Poroşenkonu dəstəkləyir, biz onu Russia Today, Rusiyanın Birinci kanalı və “Rusiya 24”lə müqayisə edirik. Bu, Rusiyanın təbliğat standartlarına uyğun Ukrayna kanalıdır”, – Tomilenko deyir.

 

Poroşenko ikinci turdan əvvəl Zelenskiyə qarşı əsl qara piar kampaniyasına başlayıb. Poroşenko və Putinin bilbordları hər yerdə asıldı, burada yazılmışdı ki, vətəndaşların seçimi məhz budur. Bundan başqa, küçələrdə çox sayda plakatlar vətəndaşlara bildirirdilər ki, Zelenski narkomandır, “Privatbank”dakı əmanətləri Kolomoyskiyə vermək üçün götürəcək və s.   

Nəticədə bu kampaniya prezidendə kömək etmədi.

Poroşenko məğlubiyyəti ilə barışmır

Seçkilərdə məğlubiyyətindən sonra nə Poroşenko, nə də onun tərəfdarları məğlubiyyəti ilə barışmır – qarşıdan bu ilin payız ayında keçiriləcək parlament seçkiləri gəlir.

Seçkilərdən iki gün sonra Poroşenkonun minlərlə tərəfdaşı prezidentə minnətdarlığını bildirmək və dəstəkləmək üçün onun qərargahı qarşısına gəlib. Onlar üzün müddət “Dyakuemo” – “Sağ ol” deyə qışqırıblar.  

Prezident hardasa yarım saat sonra onların qarşısına çıxıb. İnsanlar onu pis eşidir və demək olar ki, görmürdülər. Amma aydın idi ki, bu, əvvəlkindən fərqli olan Poroşenko idi – bu, artıq cəmiyyətdən təcrid olunan, “isti vanna”da oturan dövlət rəhbəri deyildi. Bu, mübarizə və xalqla ünsiyyətə hazır olan canlı siyasətçi idi.

O, insanlara dəstəyə görə minnətdarlığını bildir və gələcəkdə onları qələbəyə çatdıracağını vəd edirdi. İnsanlar ona böyük emosiyalarla qulaq asır, dayanmadan vətənpərvərlik şüarları səsləndirir, bəziləri hətta ağlayırdı.   

Görünən o idi ki, Poroşenko seçkilərdə məğlub olmasına baxmayaraq, artıq siyasətdə öz yerini tutub və ən azı elektoratın Qərbyönlü, milli və vətənpərvər hissəsinin dəstəyini alıb. Milli hisslərin ənənəvi olaraq güclü olduğu Ukraynanın qərbində  Lvov vilayəti Poroşenkonun Zelenskiyə qalib gəldiyi yeganə region oldu.

“Prezident Poroşenko əsas olaraq Maydanda verilən geosiyasi seçimə doğru getməyi, Avropa və Avroatlantika inteqrasiyasina doğru dönmədən getməyi təmin etdi. Buna görə də çox sayda poblem və səhvlərə, prezident və ona yaxın olaş şəxslərin ətrafında qalmaqallar, çox sayda yanlışlar və yerinə yetirilməyən vədlərə baxmayaraq, mən Poroşenkonu müstəqil Ukrayna tarixində ən yaxşı prezidentlərdən biri hesab edirəm”, – Poroşenkonu dəstəkləməyə gələn qeyri-hökumət təşkilatının əməkdaşı Pavlo Bilak deyir.

Poroşenkonun tərəfdarları seçkilərdəki məğlubiyyətdən sonra hətta daha möhkəm birləşdilər – çoxları hətta cəmiyyətin daha yaxşı hissəsinə mənsubiyyətlərinin əlaməti olaraq Facebook-da məğrur “25%” avatarı qoydular.  

Demək olmaz ki, Vladimir Zelenskini ancaq Ukraynanın şərqi və ya qərbi, ancaq gənclər və ya yaşlı nəsil dəstəklədi. Və hətta ancaq Qərbyönlü və ya Rusiyayönlü seçicilər. O demək olar ki, bütün yaş və sosial qrupları birləşdirə bildi.  

Jurrnalist Sergey Raxmanin Zelenskinin siyasətdə qeyri-pşəkarlığından  danışır və onu “ağ kağız”la müqayisə edir, onun üzərində də başqa adamlar yazı yazacaq.  

“Onun nüvə elektoratının necə olacağı və ona necə uyğunlaşacağını demək çətindir. Ona təsir edəcək insan və ya insanlar qrupunun necə olacağını da bilmək olmaz. Buna görə də onun siyasətini hətta təxmini də olsa hesablamaq mümkün deyil”.

Yeni prezidentin qarşısında duran əsas çağırış da bundan ibarətdir – seçicilərinin gözləntiləri o qədər müxtəlifdir ki, onların hamısını doğrultmaq çətin alınsın.

Ukraynaya səfərin təşkilinə görə “Academy of Ukrainian Pressə təşəkkürümüzü bildiririk.

More on JAMnews