Seçkilər iyunun 24-də baş tutacaq" />

Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri olacaq

Seçkilər iyunun 24-də baş tutacaq

Aprelin 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident və parlament seçkiləri keçirmək qərarını bəyan edib. Seçkilər iyunun 24-də, növbəti seçki vaxtından bir il öncə baş tutacaq, CNN xəbər verir.

2017-ci ildə Türkiyədə keçirilən referendumun nəticələrinə əsasən, Ərdoğanın səlahiyyətləri genişlənib, ölkə isə parlament respublikasından prezident üsul idarəsinə keçib. Referendum nəticələrinə görə Konstitusiyaya edilən dəyişikliklər digər məsələlərlə yanaşı Türkiyə prezidentinə parlament üzvlərinin 60 faizinin dəstəyilə növbədənkənar seçkilər təyin etmək imkanı verir.


More on JAMnews