Türkiyə hakimiyyəti hər şeydə Amerika və yerli bloqerləri günahlandırır. Dünya qlobal böhrandan narahatdır" />

Türkiyə iqtisadiyyatı fəlakətlə üz-üzə. Nə baş verir və ABŞ-ın bununla nə əlaqəsi?

Türkiyə hakimiyyəti hər şeydə Amerika və yerli bloqerləri günahlandırır. Dünya qlobal böhrandan narahatdır

İstanbulda baş tutmamış dövlət çevrilişi cəhdinin ikinci ildönümü münasibətilə bayram. Foto Bosfor üzərində körpüdə çəkilib, 15 iyul, 2018. REUTERS/Murad Sezer

Son bir neçə gün ərzində Türkiyədə valyuta böhranı inkişaf edir – milli valyuta Ankara ilə Vaşinqtonun münasibətlərinin pisləşməsi fonunda dollara nisbətdə rekord minimuma qədər düşüb.

Bu günlərdə türk valyutası məzənnəsi bir dolların 7,24 lirəyə çatıb — müqayisə üçün, 2018-ci ilin aprel ayında bir dollar 4 lirə idi.

Türk lirəsinin məzənnəsinin düşməsi artıq bir neçə inkişafda olan bazarda, o cümlədən Hindistan, CAR, Meksika və Çində özünü göstərib. Bütün dünyada iqtisadçılar dünya iqtisadiyyatı üçün Yunanıstanın bu yaxınlarda baş verən borc böhranın fəsadları və 2008-ci ildə dünya iqtisadi böhranının əsasını qoyan “Lehman Brothers” bankının iflasını xatırladır.

“Türkiyə “Yunanıstan 2.0” olacaqmı?” — bir çox beynəlxalq nəşrlər sualı belə qoyur.

Türkiyə və ABŞ — nə baş verir?

Türkiyə ilə ABŞ arasında gərginlik hələ 2018-ci ilin iyun ayında Ankara Rusiyadan С-400 zenit raket sistemlərinin alınması haqqında razılaşma əldə edəndən, Vaşinqton isə buna cavab olaraq Türkiyəyə F-35 qırıcılarını satmağı bloklamaq və ona qarşı sanksiya tətbiq etməklə bağlı xəbərdarlıq edəndən sonra artmağa başladı.

Gərginliyin artmasına daha bir səbəb Türkiyədə amerikalı pastor Endrü Bransonun həbsi oldu, onu 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqələrdə ittiham edirlər.

2018-cı il, avqust ayının əvvəllərində ABŞ Bransonun işi ilə bağlı Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və respublikanın daxili işlər naziri Suleyman Soyluya qarşı sanksiya tətbiq edib. Hər iki türk məmuruna ABŞ-a giriş qadağan edilib, onların bütün aktivləri dondurulub.

Bununla da iş bitməyib – avqustun 10-da ABŞ prezidenti Donald Tramp özünün Twitter səhifəsində bildirib ki, türk aluminiumu və poladına idxal rüsumunu müvafiq olaraq 20% və 50% artırıb.

 

 

 

“Bizim Türkiyəilə münasibtələrimiz indi o qədər də yaxşı deyil”, – Tramp yazıb.

 

 

 

 

Trampın bu bəyanatından sonra türk lirəsinin məzənnəsi 18 faiz düşərək, 2001-ci ildən rekord həddə çatıb.

Ankara Vaşinqtona “adekvat cavab” verəcəyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyutanı dəstəkləmək üçün əhalini dollar və qızıllarını satmağa çağırıb.

Ərdoğan bildirib ki, valyuta məzənnəsinin düşməsi “Türkiyəyə qarşı siyasi sui-qəsddir” və artıq internet meminə çevrilən ifadə səsləndirib:

“Onların dolları, bizim isə xalqımız, hüququmuz və Allahımız var”.

Türkiyənin iqtisadi böhranı dünya iqtisadiyyatı üçün nə ilə nəticələnə bilər

Ümumilikdə, 2018-ci ilin əvvəlindən Türkiyə valyutası təxminən 40 faiz ucuzlaşıb.

Hindistan, CAR, Meksika və Çindən başqa, Türkiyədə valyuta böhranı Rusiyaya da güclü təsir edib. Rusiya rublunun birja məzənnəsi avqustun 13-də 2016-cı ilin aprelindən sonra ilk dəfə bir dollara 68 rubldan çox olub. Halbuki burada ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi ilə bağlı sərmayədarların narahatlqları da az rol oynamayıb.

Türkiyədəki vəziyyətlə bağlı olaraq, bütün iri meydanlarda, o cümlədən də Avropada fond indeksləri kəskin düşüb.

Sərmayədarlar Türkiyədə xarici valyuta üzrə kreditlərin defolt dalğasından narahatdırlar — Türkiyə bank sektorunun təxminən 40 faiz aktivi bu cür borcların payına düşür.

İqtisadi böhranda bloqer və liberallar günahkardır

Türkiyə iqtisadiyyatı fəlakətlə üz-üzədir, beynəlxalq şərçilər yazır. Bununla belə, DVF-ə müraciət etmək əvəzinə, ölkə hakimiyyəti yüzlərlə bloqerə qarşı istintaqa başlayıb, hakimiyyətin fikrincə, onlardolların məzənnəsinin qalxmasına nail olub və öz manipulyasiyaları ilə iqtisadi vəziyyət üçün təhlükə yaradıblar”.

Araşdırma həm də bir neçə media nəşrinə qarşı başlayıb, Türkiyə Maliyyə Cinayətlərinin Araşdırılması Şurası bildirir ki, onlar “iqtisadiyyatla manipulyasiyaya istiqamətlənən feyk xəbərlər dərc ediblər”.


More on JAMnews