Yeni “QARTEZ” əlavəsi yaradılıb" />

Turistlər Yerevan küçələrində smartfonlar vasitəsilə səmtləri tapa biləcəklər

Yeni “QARTEZ” əlavəsi yaradılıb

Yeni “QARTEZ” əlavəsi yaradılıb, onun köməyilə turistlər smartfon və ya planşet istifadə etməklə Yerevanda onlara  lazım olan yerləri asanlıqla tapa biləcəklər.

Mobil əlavə yalnızca mövqe və istiqamət müəyyənləşdirməyə, Yerevanda rahat gəzməyə imkan yaratmır, həm də bilavasitə mobil cihazdan bir toxunuşla müxtəlif xidmətlər göstərən qurumlar haqda məlumatları da təqdim edir.

Bundan başqa, istifadəçilər əlavədə şəxsi səhifələrini yarada və onların vasitəsilə zəng vura, elektron məktublar göndərə, şərhlər yaza, reklam çarxlarını izləyə, hazırda mövcud olan xüsusi təkliflərlə tanış ola bilərlər.

Əlavə Android və iOS bazasında işləyən smartfonlar üçün pulsuzdur, yəni istifadəçi sadəcə mobil internetin pulunu ödəyəcək.

Əlavənin Dilican, Tsaxkadzor və Ermənistanın turizm nöqteyi-nəzərindən önəmli sayılan digər şəhərlərində də işə salınması planlaşdırılır.  Əlavə “VivaCell-MTS” telekommunikasiya şirkəti tərəfindən “Lokator” şirkətilə əməkdaşlıqda yaradılıb.


More on JAMnews