Amerikanın rəsmi mənbələri hesab edir ki, təyyarə İran qüvvələri tərəfindən səhvən vurulub" />

Tehran yaxınlığında qəzaya uğrayan təyyarə İran raketi ilə vurulmuş ola bilər

Amerikanın rəsmi mənbələri hesab edir ki, təyyarə İran qüvvələri tərəfindən səhvən vurulub

Yanvarın 8-də İranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus təyyarının raketlə vurulmuş və ya terror aktı qurbanı olması istisna deyil – Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın “Hromadske” telekanalına bildirib.

Amerika mediası faciənin səbəbləri haqda daha təfərrüatlı məlumat verir:

İran səhvən Ukrayna təyyarəsini vurub.

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus Boeing-737 Tehran aeroportundan havalanandan az sonra qəzaya uğrayıb.

Hava gəmisinin göyərtəsində olan 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olub.

Fəlakət İran Ameрikanın İraqdakı iki hərbi bazasına raket zərbələri endirəndən bir neçə saat sonra baş verib.

“Təyyarənin qəfil yerə çırpılmasının səbəblərinə dair əsas versiyalar arasında zenit raketi ilə, məsələn, “Tor” ZRK ilə vurulması, pilotsuz təyyarə və ya başqa uçan obyektlərlərlə toqquşması, terror aktı nəticəsində təyyarənin içində baş verən partlayış sadalanır”, – Danilov deyib.

CBS News ABŞ kəşfiyyatınna istinadən bildirib ki, peyk buraxılann iki raketin infraqırmızı “işıqlanmasını” qeydə alıb, bundan sonra daha bir partlayış baş verib.

Newsweek Pentaqondan və ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndələrindən, həmçinin İraq kəşfiyyatının təmsilçilərindən sitat gətirib və onlar bildiriblər ki, Ukrayna təyyarəsi Rusiya istehsalı olan raketlə vurulub.

ABŞ prezidenti Donald Tramp da öz fikrini ifadə edib:

“Kimsə yanılmış ola bilər”, – o jurnalistlərə bildirib.

İranda qəzaya uğrayan Ukrayna təyyarəsi raketlə vurulmuş və ya terror aktı qurbanı olmuş ola bilər. Foto Reuters


More on JAMnews