Gürcüstan paytaxtı yemək, meyvə və rəqslərin təqdim olunduğu, azı iki milyon insanın iştirak etdiyi nəhəng yarmarkaya çevrilib" />

Tbilisoba-2019 – yemək, rəqslər və gözəl hava. Şəhər Günündən fotoreportaj

Gürcüstan paytaxtı yemək, meyvə və rəqslərin təqdim olunduğu, azı iki milyon insanın iştirak etdiyi nəhəng yarmarkaya çevrilib

Oktyabrın ilk  istirahət  günləri Tbilisidə həmişə bayram keçirilir. Kabab və çurçxela dominantlıq etsə də, bu iki gündə paytaxtda hər cür yemək bol olur. O cümlədn də musiqi, konsert və idman nümayişləri.

Tbilisidə həmişə olduğu kimi Şəhər Günü möhtəşəm qeyd olunur.

Bu bayramı hələ sovet Gürcüstanı dövründə fikirləşiblər. İlk Tbilisoba 1979-cu ilin oktyabr ayının 28-də Gürcüstan KP MK-nın o vaxtkı birinci katibi Eduard Şevardnadzenin təşəbbüsü ilə keçirilib.

Bu bayram məhsul yığımına həsr olunub. Həmin gün Gürcüstanın hər tərəfindən paytaxta kəndlilər və fermerlər toplaşır. Gürcüstan paytaxtı iki günlük payız nemətləri ilə – üzüm, xurma, şərab, bal, çurçxela, quru meyvələrlə dolub-daşan nəhəng kənd təsərrüfatı bazarına bənzəyir. Bütün bunlar birbaşa mərkəzi küçələrdə çadırlarda satılır.

Elə buradaca sizin üçün kabab bişirib, ətirli lavaşa bükəcəklər.

Bundan başqa, qonaqları Tbilisi meriyasının təşkil etdiyi başqa tədbirlər də gözləyir – konsertlər, teatr tamaşaları, attraksionlar və uşaqlar üçün oyunlar. Həmçinin “hand made” mallarının satışı həyata keçirilir.

Bu gün əsas etibarilə turistlərin ürəyincədir – mərkəzi küçələr bağlanır, ürəyin istəyən qədər gəzişmək mümkündür. Şəhərin mərkəzi rayonlarının sakinləri isə tıxaclar üzündən narahatlıqdan şikayətlənirlər.

Tbilisoba 2019 necə keçdi – JAMnews-un fotoreportajında baxın.


More on JAMnews