Etirazın səbəbi iqtidar partiyası və şəxsən lider İvanişvilinin 2019-cu ilin yayında baş verən etirazlar zamanı vəd etdiyi seçki islahatının iflasa uğramasıdır " />

Tbilisidə minlərlə fəal parlamenti mühasirəyə alıb, hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

Etirazın səbəbi iqtidar partiyası və şəxsən lider İvanişvilinin 2019-cu ilin yayında baş verən etirazlar zamanı vəd etdiyi seçki islahatının iflasa uğramasıdır

20-ə qədər müxalif partiya Tbilisidə parlament binası qarşısında izdihamlı etiraz aksiyasında iştirakını elan edib.

Onların şüarı belə səslənir: “Hamı minus bir – Bidzina getməlidir”.

Söhbət “Gürcü arzusu” iqtidar partiyasının lideri olan və Gürcüstanı qeyri-rəsmi idarə etdiyi deyilən oliqarx Bidzina İvanişvilidən gedir.

Noyabrın 17-də axşama doğru yüzlərlə etiraz iştirakçısı iqtidar partiyasının baş qərargahı önünə də toplaşıb və orada “Çıx get” şüarı səsləndirib, fitləyib, şeypur çalıblar. Bina polis kordonu ilə mühasirəyə alınıb, amma orada işıqlar sönülü olub.

Foto: David Pipia, JAMnews

Birləşmiş siyasi qüvvələr vahid tələblərlə çıxış ediblər, bunlardan ən əsası parlamentə proporsional (partiyalı) seçki sisteminin qəbul olunması və növbədənkənar seçkilərin təyin edilməsidir.

Gürcüstanda proporsional seçki sistemi uğrunda mübarizə nə üçün vacibdir?

Tbilisidə etiraz aksiyasını dağıdıblar və növbətini dağıtmağa hazırlaşırlar. Bunlar nə deməkdir və nələr gözlənilir?

Noyabr, 2019, Tbilisidə yenə etirazlar, nə və niyə baş verir? Video

Tbilisi və Gürcüstanın bir neçə şəhərində etirazlar noyabrın 14-dən, parlament seçki qanunvericiliyi və konstitusiya islahatlarına dair qanun layihəsini dəstəkləməyəndən sonra başlayıb.

Baxmayaraq ki, 2019-cu ilin iyununda baş verən etirazlar məhz “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili müxalifətin tələbləri ilə razılaşandan və majoritar sistemdən imtina edərək, parlamentə sıfır seçici baryeri ilə proporsional (partiyalı) sistemin qəbul ediləcəyinə şəxsən söz vermişdi.

Növbəti parlament seçkiləri 2020-ci ilə planlaşdırılıb.

Seçki islahatları layihəsinin qəbulu üçün 150 deputatdan 113-nün səsinə ehtiyac var idi. Amma noyabrın 14-də dəyişiklikləri cəmi 101 deputat dəstəkləyib.

Səsvermə zamanı əsasən “Gürcü arzusundan” olan majoritar deputatlar bitərəf qalıb.

Elə həmin gün müxalifət və vətəndaş cəmiyyəti fəallarımüddətsiz etirazların başlandığını elan edib, Rustaveli prospektində çadır düşərgəsi salıblar və tələblər təmin olunmayana qədər də oranı tərk etməyəcəklərini bildiriblər.

Noyabrın 17-də birləşmiş müxalifət yeni itaətsizlik aksiyasını elan edib və parlament qarşısında piket keçirməyə çağırıb.

Müxalif “Avropa Gürcüstanı” partiyasının liderləri Gürcüstan parlamentinin qapılarına qıfıl asıblar.

Minlərlə fəal tələbləri təmin edilənə qədər deputatları parlamentə buraxmamaq niyyəti ilə bina qarşısında və binanın perimetri üzrə səfərbər olub.

Bu, ölü binadır”, – Tbilisinin keçmiş meri Qiqi Uqulava Gürcüstan DİN-in əməkdaşlarına müraciət edərək deyib.

∗ Foto: Vaxo Kareli, JAMnews

 

Biz getməyəcəyik və parlament qarşısında piketimizi davam edəcəyik, çünki bu orqan öz funksiyasını itirib. Bu gecə bizim nəyə qadir olduğumuzu göstərəcək”, – keçmiş iqtidar partiyası “Vahid Milli Hərəkatın” lideri Qriqol Vaşadze mitinqdə deyib. 2018-ci ilin prezident seçkilərində hazırkı prezidentin əsas rəqibi məhz o idi.

O, mitinq iştirakçılarını “Gürcüstanı vətəndaşlara qaytarmaq üçün konstitusiya və qanunvericilikdə nəzərdə tutulan bütün radikal alətlərdən” yararlanmağa çağırıb.

Hər şeydə yalnız [iqtidar partiyasının lideri] Bidzina İvanişvilini günahlandırmayın – sizin hamınız, deputatlar və hökumət, iqtidar partiyasının üzvləri başverənlərə görə məsuliyyət daşıyırsız, ən azı mənəvi cəhətdən”, – Vaşadze deyib.

Foto: Giorgi Bazayev, JAMnews

Gürcüstanın Daxili İşlər Nazirliyi noyabrın 17-də xüsusi bəyanat yayıb. DİN bildirib ki, “toplantılar və nümayişlər zamanı vətəndaşların təhlükəsizliyini və ifadə azadlığını təmin edəcək”, amma qanunlara riayət olunmasının vacibliyini də xatırladıb.

İstənilən pozuntular, həmçinin də binalara hücum və polisin işinə mane olmaq cəhdlərinin qarşısı dərhal alınacaq”, – Gürcüstan DİN-i bəyan edib.

“Pirveli” teleşirkətinin hadisə yerindən canlı yayımı

Mitinqdə çıxış edən müxalifət liderləri vurğulayıblar kki, bu, dinc aksiyadır və polisi 2019-cu ilin yayında baş verən hadisələri təkrarlamamağa çağırıblar.

İyunda parlament binası qarşısında izdihamlı aksiyalar keçirilirdi, etirazçıların dağıdılması üçün polis qaz və rezin güllələrdən istifadə etmiş, çox sayda insan xəsarət almış, bir neçə nəfər gözsüz qalmışdı.

Etiraz iştirakçılarının bütün tələbləri

Keçmiş iqtirad partiyası olan “Vahid Milli Hərəkatın” lideri Qriqol Vaşadze birləşmiş 20 siyasi qüvvənin tələblərini aşağıdakı maddələr üzrə formalaşdırıb:

• “Kriminal hökumətin” istefası;

• Proporsionla sistem üzrə növbədənkənar seçkilərin keçirilməsi;

• Siyasi məhbusların, 20-21 iyun “Qavrilov gecəsindən” sonra saxlanıların azad edilməsi;

• Mərkəzi Seçki Komissiyasının komplektasiyasının yeni qaydaları;

• Həkim Vaja Qaprindaşvilinin Sxinvali həbsxanasından azad edilməsi.

Tanınmış tbilisili həkim Vaja Qapindaşvili Rusiya hərbçiləri tərəfindən gürcü-osetin münaqişəsi zonasında saxlanılıb. Noyabrın 15-də onun haqqında ilkin istintaq müddətində iki aylıq həbs qərarı çıxarılıb. O, Osetiya tərəfinin nəzarətində olan ərazidə, Sxinvali təcridxanasında saxlanılır.

Gürcü həkim Cənubi Osetiyada iki aylıq həbsə məhkum edilib


More on JAMnews