Levon Aronyan buna iki dəfə nail olmuş yeganə şaxmatçıdır " />

Tbilisidə erməni qrossmeyster şahmat üzrə Dünya Kubokunu qazanıb

Levon Aronyan buna iki dəfə nail olmuş yeganə şaxmatçıdır

Erməni qrossmeyster Levon Aronyan şahmat üzrə Dünya Kubokunun sahibi olub.

“Mən dəfələrlə şahmat üzrə Dünya Kuboku uğrunda yarışlarda iştirak etmişəm. Mən bilirdim ki, mütləq onu qazanacam. Çox çətin idi, gərginlik vardı, amma bunun öhdəsindən gələ bildim. Sürətli şahmat və blits üzrə oyunlar çox mürəkkəb keçdi”, – qələbədən sonra qrossmeyster jurnalistlərlə söhbətində deyib.

Erməni qrossmeyster Dünya Kubokunu iki dəfə qazanmağa nail olmuş yeganə şahmatçıdır. İlk dəfəsini 2005-ci ildə qazanıb. Bu qələbə ona dünya çempionluğuna iddiaçılarin 2018-ci ilin martında Berlində keçiriləcək turnirində iştirak etmək haqqı verir.

Aronyanın fikrincə, onun uğurunun sirri ətrafdakı insanların ona olan inamındadır.

“Bir dəfə evə gəldim və Arina [Aronyanın nişanlısı, avstraliyalı şahmatçı Arina Kaoli] mənə dedi: sən bu işlə məşğul olmalısan. Bundan sonra çox şey dəyişdi”, – Şahmatçı etiraf edib. O öz qələbəsini məhz nişanlısına ithaf edib.

“Mən on unla qürur duyuram. Onun Maksim Vaşye-Laqravla oyunu zamanı həyəcandan az qala ürəyim dayanırdı. Onunla fəxr edirəm. Heç kim bilmir, uğuhra nail olmaq üçün o, hansı çətinliklərdən keçməli olub”, – Arina Kaoli jurnalistlərə deyib.

Aronyan həmçinin Ermənistan yığmasının tərkibində şahmat olimpiyadalarının üç qat qalibi (2006, 2008 və 2012-ci il) və blits üzrə 2010-cu ilin çempionudur. Beynəlxalq Şahmat Federasiyasının reytinqində o, 2802 xalla dördüncü yeri tutur.

 


More on JAMnews