Şimali Atlantika alyansı Gürcüstanda dördüncü dəfə manevrlər keçirir" />

“Şübhəli fəallıq” – Kreml NATO-nun Gürcüstanda təliminə reaksiya verib. Bir də təlimlərdən fotohekayət

Şimali Atlantika alyansı Gürcüstanda dördüncü dəfə manevrlər keçirir

REUTERS/ David Mdzinarişvili

Moskva NATO-nun hazırda Gürcüstanda keçirdiyi təlimlərə reaksiya verib.

“Biz Gürcüstan Müdafiə Nazirliyinin bu təlimlərin məqsədinin Qara dəniz bölgəsində sabitliyin və təhlükəsizliyin təminatının olması bəyanatı ilə razılaşa bilmərik”, – Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

“Sabitlik və təhlükəsizliyə vertolyot və tank hesabına deyil, konstruktiv dialoq sayəsində nail olunur. Manevrlərin əsl məqsədi Abxaziya, Cənubi Osetiya və Rusiyaya təzyiqi artırmaqdır ki, bu da təkcə vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq”.  

Kreml həmçinin manevrlərdə Ermənistan və Azərbaycanın iştirak etməsindən narazıdır.

“Gürcüstanla qonşu ölkələrin bu şübhəli fəallığa cəlb olunması faktı təəssüf doğurur”, – Zaxarova jurnalistlərə deyib.

“Ləyaqətli partnyor-2018” adlı beynəlxalq təlimlər avqustun 1-də Tbilisi yaxınlığında Vaziani hərbi bazasında başlayıb.

REUTERS/ David Mdzinarişvili

REUTERS/ David Mdzinarişvili

REUTERS/ David Mdzinarişvili

REUTERS/ David Mdzinarişvili

REUTERS/ David Mdzinarişvili

Təlimlərdə NATO üzvü olan bır sıra ölkələrin və alyans partnyorlarının hərbçiləri, o cümlədən Gürcüstanın 1300, Amerikanın 1178 və digər ölkələrin 500 nümayəndəsi iştirak edir.

Manevrdə ümumilikdə 12 ölkə – Gürcüstan, ABŞ, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan təmsil olunub.

Hərbi ekspertlər hesab edirlər ki, təlimlərin keçirilməsi faktı Cənubi Qafqazın NATO üçün böyük geosiyasi əhəmiyyətini sübut edir.

Gürcüstan artıq dördüncü dəfədir ki, “Ləyaqətli partnyor” təlimlərini qəbul edir, amma bu il onlar miqyasına görə müqayisəedilməzdir.    

Texnikanın sayı artıb. Məsələn, “Strayker”, “Abrams”, “Bredli” alman və amerikan zirehli avtomobilləri və tankları Gürcüstana Rumıniyadan gətizdirilib.

Bu manevrlərdə ilk dəfə iştirak edən “Apaç” və “Blekhouk” amerikan vertolyotları təlimlərə hava ilə çatdırılıb.


More on JAMnews