“Girovlar” dramadır. Katarsissiz drama" />

Sovet Tbilisisindən qaçış cəhdi haqda filmini amerikalı tamaşaçılar izləyəcək

“Girovlar” dramadır. Katarsissiz drama

Amerikanın ən iri kabel telekanallarından biri HBO Rezo Qiqineşvinin “Girovlar” filminin nümayiş hüququnu əldə edib. HBO auditoriyası 40 milyondan çox abunəçidən ibarətdir. Kanal seriallar üzrə ixtisaslaşıb – “Taxt-tac oyunu”, “Böyük şəhərdə seks” və “Gənc ata” HBO-nun öz məhsullarıdır.

Bu haqda RİA Novosti xəbər verir.

“Girovlar” filmi ilk dəfə 2017-ci ilin fevralında Berlin kinofestivalında nümayiş olunub. Daha sonra film “Kinotavr” festivalında ən yaxşı rejissor işinə görə mükafat alıb. Rusiyada film sentyabrda prokata çıxacaq.

“Girovlar” 1983-cü il noyabr hadisələri haqda bəhs edir. O zaman gənclərdən ibarət qrup Sovet İttifaqından Türkiyəyə uçmaq ümidi ilə Tbilisidən havalanan təyyarəni ələ keçirmişdi. Silahlı kişilər və bir qadın təyyarənin bortunda olan bir neçə nəfəri öldürmüşdü. Pilot silahlı müqavimət göstərə bilmiş və təyyarəni yerə qondura bilmişdi, bundan sonra xüsusi təyinatlılar terrorçuları yaxalamışdılar.

Təyyarəni qaçırmağa cəhddə iştirak edən dörd kişi güllələnməyə, yeganə qadın isə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Rezo Qiqineişvili əslən Tbilisidən olan rusiyalı rejissordur. “Girovlar” onun dünya kino aləmində tanınan ilk filmidir.

“Girovlar” dramadır. Katarsissiz drama. Əslində girov kimdir? Zorakılıq yoluyla olsa belə, buxovlardan azad olmağa cəhd göstərən yoxsa ələ keçirilən təyyarədə girov olan dinc adam? JAMnews Tbilisidə 2017-ci ilin aprelində baş tutmuş film premyerarı haqda 


More on JAMnews