Rəyi soruşulanların 81%-i hesab edir ki, Rusiya 2008-ci ilin avqustunda Cənubi Osetiyanı dəstəkləməklə doğru hərəkət edib" />

Sorğu: rusiyalılar Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını düzgün hesab edirlər

Rəyi soruşulanların 81%-i hesab edir ki, Rusiya 2008-ci ilin avqustunda Cənubi Osetiyanı dəstəkləməklə doğru hərəkət edib

Foto: Avqust 2018. Rusiyalı hərbçilər Yerqneti kəndində. REUTERS/ İrakli Gedenidze

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ВЦИОМ) keçirdiyi sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 80%-i Rusiya hakimiyyətinin Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı qərarını dəstəkləyir. “Kommersant” xəbər verir ki, bunun əleyhinə 9% sorğu iştirakçısı çıxış edib.

Sorğu iştirakçılarının üçdə bir hissəsindən çoxu (36%) 2008-ci ilin hərbi münaqişəsindən sonra respublikadakı hadisələri izləməyə davam edirlər. Respondentlərin 81%-i hesab edir ki, o zaman Cənubi Osetiyanı dəstəkləməklə Rusiya düzgün addım atıb.

Rəyi soruşuılanların 31%-i hesab edir ki, Rusiya-Gürcüstan münasibətləri hazırda normallaşıb, 29% rəyi soruşulan Gürcüstanla qarşılıqlı münasibətləri soyuq, 7% isə gərgin hesab edir. İştirakçıların daha 7%-i Gürcüstanla münasibətləri dostluq və mehriban qonşuluq münasibətləri kimi qiymətləndiriblər.

•   “ВЦИОМ-Sputnik” ümumrusiya sorğusu 6 avqust 2018-ci ildə yaşı 18-dən yuxarı olan 1,6 min respondent arasında keçirilib. Sorğu metodu telefon müsahibəsidir. Statistik xəta 2,5%-dən çox deyil.

Terminlər, toponimlər, rəylər və məqalənin ideyası JAMnews və onu ayrı-ayrı əməkdaşlarının rəy və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqalələrə təhqiredici, hədələyici, zorakılığa çağıran və digər səbəblərdən etik cəhətdən uyğun olmayan kimi dəyərləndirilmiş şərhləri silmək hüququnu özündə saxlayır.


More on JAMnews