Hakimiyyətin dəyişməsi, əhalinin narazılığı və Putin" />

Siyasətçilər, satıcılar və işsizlər Cənubi Osetiyada 2017-ci ili nəticələrini qiymətləndirir

Hakimiyyətin dəyişməsi, əhalinin narazılığı və Putin

Cənubi Osetiyada keçən 2017-ci ilin maksimal real mənzərəsini almaq üçün, cəmiyyətin ən müxtəlif təbəqələrinin nümayəndələrindən ilin nəticələlərini qiymətləndirməyi təklif etdik. Bu, qərarlar qəbul edən siyasətçilər və nəticədə yaradılan dünyada yaşayanlardır.  

Bütün respondentlər ilin əsas hadisəsi məsələsində həmfikir oldular. Bu, yeni prezident seçkiləridir. Bu, indiyə qədər Cənubi Osetiya parlamentinin başçısı və “Vahid Osetiya” partiyasının lideri olan Anatoli Bibilov oldu.

Bununla belə, ötən ilin şəxsiyyəti Cənubi Osetiyada bir çoxları üçün Bibilov deyil, əsas müxalifətçi Eduard Kokoytı oldu.

Eduard Kokoytı 2006-cı ildən 2011-ci ilə qədər iki dəfə Cənubi Osetiyanın prezidenti olub, 2017-ci ildə də üçüncü dəfə prezident olmağa hazırlaşırdı. Amma MSK bir sıra səbəbdən onu qeydiyyatdan keçirməkdən imtina etdi. Kokoytı MSK-nın qərarını siyasi motivasiyalı hesab edərək, məhkəməyə müraciət edib və etitraz aksiyasına başçılıq edib. Amma seçkilərə 10 gün qalmış öz tərəfdarlarını Anatoli Bibilova səs veməyə çağırıb. Nəticədə Bibilov birinci turda seçkilərdə qalib gəlib.

Parlamentdə çoxluğu olan “Vahid Osetiya” partiyasının sədri Alan Tadtayevin fikrincə, Cənubi Osetiya üçün 2017-ci ilin nəticələri:

“Əsas hadisə – namizəd kimi partiyanın lideri Anatoli Bibilovun namizədliyini irəli sürdüyümüz prezident seçkiləri. O da seçkilərdə qalib gəldi.

İkinci yerə Anatoli Bibilovun Moskvaya ilk rəsmi səfərini və Pitinlə görüşünü qoyardım.

Üçüncü yerdə də Vladimir Putinin Rusiyada 2018-ci ildə prezident seçkilərində iştirak etməklə bağlı qərarıdır. Cənubi Osetiya əhalisinin 90 faizdən çoxu Rusiya vətəndaşıdır və bizim üçün çox vacibdir ki, Rusiyanın başında kim duracaq, Cənubi Osetiyanın taleyi də bundan çox asılıdır”.

Parlament deputatı, parlamentdə təmsil olunan Xalq Partiyasının lideri Aleksandr Pliyev:

“İlk növbədə prezident seçkilərini qeyd edəcəm.

İkinci yerdə Cənubi Osetiyaya tarixi Alaniya Dövləti adının qaytarılması ilə bağlı referendumdur.

İlin vacibliyinə görə üçüncü hadisəsi də odur ki, Cənubi Osetiyanın keçmiş prezidenti Eduard Kokoytıya öz namizədliyini prezident seçkilərində irəli sürməyə imkan vermədilər”.

Sxinval sakinlərinin blis-sorğusu. Respondentlərin arasında satıcılar, müəllimlər, xidmətçilər və işsizlər var:

1. Eduard Kokoytını seçkilərə buraxmadılar.

2. Hakimiyyətin uzurpasiyası – indi bütün rəhbər vəzifələrdə hakim “Vahid Partiya”nın üzvləridir.

3. Yeni Alaniya dövləti adı üzrə referendumla bağlı fikirlər çox ayrılıb. Çoxları hesab edir ki, respublikada ciddi problemlər var və adın dəyişdirilməsi onları həll etmir”.

4. Siyasi təqiblər.

5. Tarixi binanın sökülməsi – “İrıston” mehmanxanası.

Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews