Onu mənzilinin kandarında güllələyiblər" />

Rusiylı jurnalist Arkadi Babçenko Kiyevdə öldürülüb

Onu mənzilinin kandarında güllələyiblər

Kiyevdə rusiyalı jurnalsit Arkadi Babçenko öldürülüb, Hromadske məlumat verir.

Babçenko öz evinə girərkən naməlum şəxs onun kürəyinə üç dəfə atəş açıb. Jurnalist xəstəxanaya aparılarkən yolda təcili yardım maşınında keçinib.

Arkadi Babçenko “Novoya qazeta” nəşrinin müxbiri olaraq, Donbasda müharibəni işıqlandırıb, bu nə qədər isə 2008-ci ildə Cənubi Osetiyada gedən müharibədə reportyorluq edib.

2017-ci ilin fevralında o, Rusiyanı tərk edib. Babçenkonun sözlərinə görə, Rusiya hakimiyyəti ona təzyiq göstərdiyi üçün o, ölkədən getmək qərarına gəlib. 2017-ci ilin avqustundan jurnalist Kiyevdə yaşayırdı.


More on JAMnews