Rusiya nümayəndəsinin BMT-nin Təhlükəsizlik Şurasında təhqiredici çıxışı " />

Rusiyanı təhqir eləmə! Özün də gözünü çəkmə! – Rusiyanın BMT yanında nümayəndəsi Britaniya səfirinə

Rusiya nümayəndəsinin BMT-nin Təhlükəsizlik Şurasında təhqiredici çıxışı

Rusiya nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasında özünün britaniyalı həmkarına təhqiredici formada və “sən” deyə müraciət edib.

“Mənə bax!” Özün də gözünü çəkmə! Gözünü niyə çəkirsən? Rusiyanı da bir daha təhqir etmə!” – Vladimir Safronkov aprelin 12-də BMT-nin Təhlükəsizlik Şurasının Suriya probleminə həsr olunan iclasında Böyük Britaniyanın nümayəndəsi Metyu Raykforta müraciətlə deyib.

Raykfort ona qədər deyib ki, Rusiya, onun sözləriylə, “öz beynəlxalq tərəfdaşlarının deyil”, Suriya prezidenti Bəşər Əsədin, “qatil, barbar cinayətkarın” tərəfini tutub.

BMT-nin Təhlükəsizlik Şurasında Safronkovun Britaniya nümayəndəsinə müraciətlə dediklərindən bir neçə sitat:

“İş orasındadır ki, siz qorxursuz ki, biz Birləşmiş Ştatlarla əməkdaşlıq edəcəyik, yuxunuz ərşə çəkilib. Siz bundan qorxursuz! Bu münasibətlərin pozulması üçün əlinizdən gələni edirsiz.”

“Astanada prosesin zəmanətçilərinə qarşı təhqiredici tələblər irəli sürürsüz. Bəs siz atəşin dayandırılması üçün nə etmisiz? Londonda, Parisdə… qanunsuz silahlı birləşmələri qəbul edirsiz,… onların da çoxu xristianları doğrayır. Terror aktları da Söyüd bazarında törədilir. Onların qayğısına qalırsız?”

“Qorxduz ki, iş sülh və siyasi nizamlanmaya doğru gedir?”

“Rusiyanı bir daha təhqir etmə!” [“sən” müraciətindən istifadə edərək, yolverilməz bir formada danışır]

 


More on JAMnews