Bu təşəbbüsü müxalif “Xalq Cəbhəsi” Partiyası irəli sürüb" />

Rusiya və Ukrayna arasında diplomatik münasibətlərin kəsilməsi gələn həftə baş tuta bilər

Bu təşəbbüsü müxalif “Xalq Cəbhəsi” Partiyası irəli sürüb

Foto: David Pipiya, JAMnews

 “Коммерсант”a məlum olub ki, “Donbasın reinteqrasiyası haqda” qanuna Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi haqda dəyişikliyin əlavə olunmasını Ali Radanın deputatı İvan Vinnik irəli sürüb. O, iqtidarda olan “Pyotr Poroşenkonun Bloku”nun üzvü olsa da, mütəmadi olaraq “Xalq Cəbhəsi” Partiyası ilə əməkdaşlıq edir. “Kommersant”ın məlumatına görə, bu dəyişikliyin təşəbbüskarı məhz “Xalq Cəbhəsi”dir.

Bəzi ekspertlər hesab edirlər ki, baş verənlər “Xalq Cəbhəsi”nin Hamilik Şurasının üzvlərindən biri Arsen Avakovun Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı şəxsi ədavəti ilə bağlı ola bilər. Oktyabrın 31-də Avakovun oğlu dövlət vəsaitlərini mənimsəmə şübhəsi ilə həbs edilib. İndi oğul Avakov artıq azadlıqdadır, amma ekspertlər hesab edirlər ki, onun atası bu situasiyanı şəxsinə qarşı təhqir və müharibə elanı kimi qəbul edib.

“Bu münasibətlər onsuz da faktiki olaraq kəsilib”, – dəyişiklik müəllifi İvan Vinnik “Kommersant”a danışıb. – “Səfirlər yoxdur, səfirliklərdə çalışan diplomatlar birinci ranqa aid deyil. Biz münasibətlərin kəsilməsini qanunvericilik səviyyəsində sənədləşdirməliyik”.

“Kommersant”ın mənbələrinin fikrincə, bu düzəlişin Ali Radada təsdiqlənməsi Ukrayna rəhbərliyi ilə ABŞ-ın Donbasın Ukraynaya reinteqrasiyası ilə bağlı müştərək planına mane olacaq. Bu plan ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volkerin Ukraynaya az əvvəl baş tutan səfəri zamanı tərtib olunmuşdu və Moskvaya Kiyevin konstruktiv dialoqa hazır olduğunun sübutu kimi təqdim edilməli idi.

Diplomatik əlaqələrin kəsilməsi ilə bağlı dəyişiklik bütün bu planları boşa çıxaracaq.

Buna görə də ekspertlərin əksəriyyəti bu dəyişikliyin böyük ehtimalla Ali Radada qəbul olunacağı, Pyotr Poroşenkonun isə güman ki, başqa seçimi qalmadığı üçün qanun layihəsini imzalayacağı fikri ilə razılaşırlar. Bu da onunla əlaqədardır ki, bu gün Ukraynada Moskva ilə münasibətlərin kəsilməsinə tələbat var.

“Donbasın reinteqrasiyası haqda” qanunun ikinci oxunuşu noyabrın 16-a planlaşdırılıb.


More on JAMnews