Küçənin düz ortasından keçən tikanlı məftil bir qəsəbəni iki hissəyə ayırıb " />

Rusiya-Ukrayna sərhədi – xalqlar dostluğunun çəpəri

Küçənin düz ortasından keçən tikanlı məftil bir qəsəbəni iki hissəyə ayırıb

zaborona.com-un materialı əsasında    

Luqansk vilayətindəki şəhər tipli Melovo qəsəbəsi Ukraynanın ən şərq nöqtəsidir. Rusiyanın Rostov vilayətindəki Çertkovo qəsəbəsi ilə sərhəddədir. Sovet illərində və Ukrayna-Rusiya hərbi münaqişəsi başlayana qədər bu iki yaşayış məntəqəsi bir qəsəbədə birləşib. İki ölkə bir küçəni iki yerə ayırıb və o, hələ də “Xalqlar dostluğu” adını daşıyır.  

Dostluğun sonu çatıb

Yerli sakinlərin sözlərinə görə, iki ölkə vətəndaşları bir-birinə qaçıb, qonaq gəlirdilər, sərhədçilər isə buna göz yumurdu.  

2018-ci ilin sentyabr ayında “xalqlar dostluğuna” son qoyuldu.  

•Bizi dəyişən 100 gün

•Gürcüstanda tikanlı məftil arxasından həyat: ayrılma xətti

•Kafkanın əsərlərinə bənzəyən hekayələr — Rusiyadan Abxaziyaya və əksinə sərhədi keçərkən nələr baş verir

Dumanın içində yolu bağlayan, boyanmış onlarla ağ-qırmızı beton piramida xətlərini görməmək də olar. Piramidaların arxasında asfalt var, amma nə avtomobil, nə də piyadalar yoxdur.

Foto: Yevgeni Maloletka

Beton bloklar Ukrayna yolunun Ukrayna ilə Rusiya arasındakı xəttdən  keçən hissəsidir. 2018-ci ilin avqust ayından oradan keçmək mümkün deyil və sakinlər dolay yoldan istifadə etməli olur.

İndi Ukrayanın bir kəndindən başqasına keçmək üçün onlarla kilometr dolay yollarla getmək lazım olur, yollar bağlanana qədər isə məsafə bir neçə dəfə qısa idi.

Bu, yanğınsöndürənlərin və təcili yardımın qəsəbəyə əvvəlkindən dörd dəfə daha uzun müddət getməli olduğunun səbəblərindən biridir.

Melovo rayon administrasiyası rəhbəri Artur Korol deyir ki, 2003-cü ildə Ukraynanın Ali Radası delimitasiya haqqında müqaviləni ratifikasiya edib. O vaxtlar sərhədin haradan keçəcəyi ilə bağlı qərar verən və iki dövlət nümayəndələrindən ibarət ümumi komissiya işləyirdi.

“Prinsipcə o, Sovet İttifaqı illərinin inzibati sərhədi ilə üst-üstə düşürdü”, – Korol danışır. – “İndi isə biz başa düşürük ki, Rusiya Federasiyası gələcək üçün minalar, yəni bizim ərazidə öz infrastrukturunun, öz ərazisində də bizim infrastrukturumuzn hissələrini qoydu”.  

“Minalar” Melovo rayonunun hissələrini birləşdirən, faktiki olaraq isə RF ərazisindən keçən, beton üçbucaqlarla bağlanmış yoldur. Bundan başqa da qatarları on bir dəfə Ukraynanın dövlət sərhədini keçən Rusiya dəmir yolu var.    

Rublla benzin

Melovo qəsəbəsinin qırağında piyada-avtomobil keçid məntəqəsi işləyir. Orada adətən, daha çox da Ukrayna tərəfindən maşınlardan ibarət növbə düzülür.

Sürücülərdən biri deyir ki, az qala hər həftə Rusiyada olur. Burada o, maşına yanacaq vurur, çünki Rusiyada yanacaq az qala iki dəfə ucuzdur.   

Melovoda bir çoxları çörək pulunu bu cür qazanır, çünki burada başqa pul qazanmaq imkanı azdır.

Çəpər Xalqlar Dostluğu küçəsini düz iki hissəyə bölür — Rusiya və Ukrayna hissəsinə. 2014-cü ilin planına əsasən sərhəddə çəpərlər,xəndək və səngərlər var. Amma 2017-ci ildə Ukraynanın Milli Korrupsiya İdarəsi layihənin reallaşdırılması zamanı talanla bağlı cinayət işi açıb.  

Melovo qeydiyyatı ilə Rusiyaya keçmək çətin deyil. Dəmiryolu körpüsündən relsləri aşıb, kiçik sərhəd məntəqəsindən keçmək lazımdır.  

Relslərin qarşı tərəfində Certkovo dəmiryolu stansiyası yerləşir. Melovo ilə Certkovo arasındakı bufer zonasında sərhədi ancaq kiçik sərhəd məntəqəsi sistemindən – dəmiryolu körpüsündən istifadə etmək hüququ olanlar keçə bilir.

Foto: Evgeni Maloletka

Melovo neft emalı stansiyasının keçmiş əməkdaşı Viktor artıq 9 ildir ki, təqaüddədir və daimi olaraq Rusiyada yaşayır. Amma bu yaxınlarda ona keçmiş iş yerindən peşə bayramı münasibəti ilə mükafat verilib. Onun xarici pasportu yoxdur, ona görə də pulu ona Melovodan olan dostu və iş yoldaşı gətirir.  O, Certkovoya həftədə bir neçə dəfə xanımına dərman almaq və şahmat klubunda oynamaq üçün gəlir.

«Təbii ki, indi Ukraynaya keçə bilməməyimdən xoşum gəlmir, orada o qədər dostum və iş yoldaşım var ki. Əvvəllər həmişə bir yerə yığışardıq. Axı orada qohumlarının qəbirləri olanlar da var!» – Viktor deyir.

Dövlətlə arasında yeni tikilmiş hasara Rusiya tərəfindən yanaşma məhdudiyyətlidir. “Novaya qazeta” yazırdı ki, “Xalqlar Dostluğu” üç tərəfdən Ukrayna ilə əhatə olunub, dördüncü tərəfdən isə hasara dirənən dəmiryolu var. “Novaya qazeta”nın məlumatına görə, bu “appendisit”də 350 RF vətəndaşı yaşayır.    

«Təəssüf ki, Ukrayna bizdən çəpərlənib”, – hasarla bağlı suala cavab verən qadın deyir. – “Biz əvvəllər sizə tez-tez baş çəkirdik, indi isə…».

Rusiya mediası xəbər verirdi ki, Certkovoda hələ də Ukrayna kommunal xidmətlərinə qoşulu evlər var, bu səbəbdən də rusiyalılar kommunal xidmətlərin pulunu Ukrayna qiymətləri ilə ödəyir. Bu sakinlərin bir hissəsi Certkovodan köçürülmə proqramı ilə daşınıblar.

«Mediaşəbəkə»nin dəstəyi ilə yaradılıb


More on JAMnews