O cümlədən də Gürcüstana və Ukraynaya qarşı təcavüzünə görə" />

Rusiya ABŞ-ın təhlükəsizliyi üçün əsas təhdidlərdən biridir

O cümlədən də Gürcüstana və Ukraynaya qarşı təcavüzünə görə

Ağ Evin saytında ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası yenilənmiş redaksiyada dərc olunub. Sənəd prezident Donald Trampın administrasiyası tərəfindən hazırlanıb.

Sənəddə ABŞ-ın təhlükəsizliyi üçün əsas təhdidlər sırasında Rusiya və Çin yer alıb. “Gürcüstan və Ukraynaya təcavüz etməklə Rusiya region dövlətlərinin suverenliyinə qəsd etməyə hazır olduğunu nümayiş etdirib”, – “Exo Kavkaza”nın məlumatına görə, sənəddə belə deyilir.

Strategiya müəlliflərinin fikrincə, Rusiyanın artan hərbi imkanları və Kremlin vəziyyəti adekvat dəyərləndirə bilməməsi şəraitində ABŞ-ın təhlükəsizliyi üçün əsas təhdidlərdən biri Moskvadan gəlir.

Tramp administrasiyasının fikrincə, Rusiyanın böyüyən iddiaları üzündən “Avrasiyada münaqişə riski də artır”.

Strategiyada Rusiyanın yalan informasiya yaymaq və Rusiya dövlət KİV-nin təşviqatı məqsədilə internetdə feyk akkauntlar vasitəsilə başqa ölkələrin daxili siyasətinə müdaxiləsi haqda da söz açılır.

Strategiyaya əsasən, Rusiya və ÇXR-dən başqa KXDR, İran və beynəlxalq terrorçu təşkilatlar da ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir, “Amerikanın səsi” xəbər verir.

 


More on JAMnews