Hakimiyyət radioaktiv zəhərlənmə haqda ziddiyyətli məlumatlar verir və xarici qüvvələri aranı qızışdırmaqda günahlandırır" />

Rusiya: müəmmalı nüvə qəzası

Hakimiyyət radioaktiv zəhərlənmə haqda ziddiyyətli məlumatlar verir və xarici qüvvələri aranı qızışdırmaqda günahlandırır

Avqustun 8-də Ağ dəniz akvatoriyasında dəniz platformasında Arxangelsk vilayətinin Nenoksa kəndi yaxınlığında yeni silah sınağı faciə ilə nəticələnib: 7 nəfər həlak olub, 6 nəfərdən 15 nəfərə qədər sınaq iştirakçısı ağır xəsarət alıb,  «Новая газета» xəbər verir. 

Ziddiyyətli informasiya

Müdafiə Nazirliyinin poliqonunda baş verən partlayış haqda ilk informasiya veriləndən dərhal sonra nazirlik ətraf mühitin çirklənməsi və radiasiya fonunun yüksəlməsini inkar etməyə başladı.

Yalnız avqustun 9-a keçən gecə “Rosatom” rəsmən poliqonda nüvə sınağının keçirildiyini təsdiqlədi və 5 mütəxəssisinin həlak olduğu haqda məlumat verdi.

Müdafiə Nazirliyi iki hərbçinin həlak olduğunu təsdiqlədi.

Yalnız üç gün sonra radiasiya fonu haqda rəsmi məlumat açıqlandı: partlayışdan dərhal sonra göstərici normanı 4-16 dəfə aşıb.

Avqustun 12-dən 13-ə keçən gecə radiasiya zəhərlənməsi üzrə ixtisaslaşmıç Moskva klinikasına Arxangelskdən 10 tibb işçisi gətirilib. Onlar partlayış zamanı xəsarət alanlara ilk yardım göstəriblər. Təsdiqlənməmiş məlumata əsasən, radiasiya dozası almış pasiyentlərlə əlaqədə olmuş həkimlər indi özləri müayinələrdən keçməlidirlər.

Baş tutmamış evakuasiya

Poliqona yaxın Nenoks kəndinin sakinləri jurnalistlərə bildiriblər ki, hərbçilər onlara evakuasiya olunacaqlarını bildiriblər.

Müdafiə Nazirliyindən bununla bağlı şərh vermək xahişinə cavab olaraq əvvəlcə bildirilib ki, kənd sakinlərinə evakuasiya yox, poliqonda görüləcək “təhlükəli işlərlə” bağlı “könüllü şəkildə getmək” təklif olunub, sonra bu plandan da imtina edilib, çünki işlər təxirə salınıb.

Nenoks kəndinin sakinləri. Foto: Вконтакте

Nə partlayıb?

“Rosatom”un məlumatına görə, “radioizotop qida mənbəli müharrik” partlayıb. Buna “faciəvi təsadüflər zənciri” səbəb olub.

Arxangelsk vilayətində baş verənlər haqda ABŞ prezidenti Tramp Twitter hesabında yazıb və bildirib ki, böyük ehtimalla yeni silahın sınağı zamanı qəza baş verib.

Rusiya və xarici ekspertlər çox güman ki, söhbətin yeni nüvə mühərrik qurğulu “Burevestnik” balliktik raketindən getdiyi fikrində uzlaşırlar. Bu silahın hazırlanması haqda ilk dəfə prezident Putin ötən il bildirmişdi.

Hakimiyyətin reaksiyası

Arxangelsk vilayətinin qubernatoru İqor Orlov televiziya müsahibəsində naməlum xarici qüvvələri regionda vəziyyəti qızışdırmaqda günahlandırıb.

“Vəziyyəti necə sarsıtmaqları, insanların beyinlərində və ümumilikdə cəmiyyətdə təlaş toxumunu necə səylə və sistemli şəkildə səpməyə çalışmaqları – bu artıq qarşılaşdığımız açıq-aydın meydanoxumadır”.

Cəmiyyətin reaksiyası

“Kəndin evakuasiyasına niyə ehtiyac yoxdur? Çox sadə – orada insan yoxdur. Orada yaşayanları hakimiyyət insan yerinə qoymur”, – tanınmış jurnalist Lev Şlosberq Nenoks kəndinin sakinlərinin baş tutmayan evakuasiyasını belə şərh edib.


More on JAMnews