16 yaşlı isveçli məktəbli qız dünyanı ekoloji problemlər haqda düşünməyə necə vadar etdi? " />

Qreta Tunberq kimdir və niyə bütün dünyada yüz minlərlə insan ona qoşulub?

16 yaşlı isveçli məktəbli qız dünyanı ekoloji problemlər haqda düşünməyə necə vadar etdi?

Kanadada 500 min nəfərdən çox insan Qreta Tunverqin tələblərinə dəstək məqsədilə yürüş və mitinqlərə çıxıblar – BBC xəbər verir.

Niyə məhz Kanada?

Kanadanın hər yerində ekoloji tələblərə dəstək məqsədilə yürüş və mitinqlər keçirilib. Aksiyalardan ən böyüyü Monrealda baş tutub, orada 400 minə yaxın insan iştirak edib.

Kolleclər, universitetlər və məktəblər həmin gün dərsləri ya qismən, ya da tam təxirə salıb. İşverənlər kütləvi şəkildə personala ödənişli istirahət günü təqdim edib. Aksiya yerlərinə gedən ictimai nəqliyyat pulsuz işləyib.

Kanadada hazırda parlament seçkiləri qabağı kampaniya gedir, burada ənənəvi olaraq seçicilərin ekoloji məsələlərə marağı yüksəkdir, buna görə də baş nazirdən tutmuş şəhərlərin merlərinə qədər heç bir siyasətçinin bu aksiyalardan yayınmaq ağlına belə gəlməyib.

Kanadada qlobal istiləşmə faktını inkar edən siyasətçilərin şansları sıfıra enir. 2030-cu ilə qədər hökumətin 2005-ci illə müqayisədə atmosferə atılan istixana qazı tullantılarının səviyyəsini 70 (ən radikal etirazçılar belə tələb edir), yoxsa 30 faiz (hökumətin planında bu cür göstərilib) azaltmalı olduğu ətrafında mübahisə gedir.

Qreta Tunberq kimdir və cümə günləri o, nə ilə məşğul olur?

Bu ad təxminən bir il əvvəl məşhurlaşıb. 16 yaşlı isveçli Qreta Tunberq bəyan edib ki, bütün ölkələrin hökumətləri qlobal ekoloji fəlakət təhlükəsinə ciddi yanaşmayana qədər cümə günləri məktəbə getməyəcək. Qreta Tunberqin valideynləri onu dəstəkləyiblər.

“Cümə günləri tətil edirik” təşəbbüsünün populyarlığı meşə yanğınları kimi sürətlə bütün dünyaya yayılmağa başlayıb. Müxtəlif ölkələrdə on minlərlə şagird bu təşəbbüsə qoşulub.

Əlbəttə ki, Almaniya təşkilatçılıq və sosial məsuliyyət nümunəsi göstərib. Orta təhsilin icbari olduğu bu ölkədə məktəblilərin dərsdən qalmasına görə valideynləri 150 avro həcmində cərimələnir. Tədricən hər yanda yardımlaşma kassaları yaradılıb, məktəblilər növbə ilə cümə günləri məktəbə getmirlər, valideynləri isə mütəmadi olaraq cərimələri ödəyirlər, hamı məmnundur.

Şöhrət zirvəsində: Tunberq Trampa qarşı

Qreta Tunberq ABŞ prezidenti Donald Trampın Nyu Yorkda BMT qərargahında jurnalistlərlə söhbətini izləyir. 23 sentyabr, 2019. REUTERS/Andrew Hofstetter

“Cümə günləri tətil edirik” kampaniyası həqiqətən kütləvi olandan sonra məhsullarını ekoloji təmiz olaraq təqdim edən şirkətlər ona diqqət yetirməyə başlayıblar. BMW və Ericsson kimi nəhənglər də onların sırasındadır.

Onların dəstəyi ilə Qreta Tunderq ötən həftə BMT-nin iqlim problemləri üzrə sammitində çıxış etmək üçün dəvət edilib. Onun nitqinin apofeozu dünya liderlərinə müraciəti olub: “Siz bizi satdınız!” Bu sitatı bütün dünya mediası yayıb.

Tunberqin çıxışına Twitter-də rişxənd tonunda reaksiyası ilə ABŞ prezidenti Tramp odun üstünə yağ töküb. Bu tvit rekord sayda dislayk toplayıb və bütün dünya üzrə əsasən gənclərə aid Facebook akkauntlarında hədsiz çox sayda qəzəbli statuslara səbəb olub (üstəlik bundan əvvəl də Tramp gənclər arasında xüsusi rəğbətə sahib deyildi).

Norveçli 10 yaşlı istifadəçinin şərhi rekord sayda bəyənilib. O, ekoloji problemlər haqda yaxşı məlumatlı olsa da, dünya siyasəti ilə bağlı məhdud təsəvvürə sahibdir. O, məyus şəkildə xahiş edib:

“Hamı yazır ki, kişi Qretanın üzərinə gəlib. Xahiş edirəm, başa salın görüm o adam kimdir”.

 


More on JAMnews