120 ölkənin daxil olduğu NAM Bakıda sammit keçirib və Azərbaycan ərazilərinin [Ermənistan tərəfindən] işğalı haqda bəyanat verib" />

Azərbaycan Beynəlxalq Qoşulmama Hərəkatına rəhbərlik edəcək və deməli, heç bir hərbi bloka daxil olmayacaq

120 ölkənin daxil olduğu NAM Bakıda sammit keçirib və Azərbaycan ərazilərinin [Ermənistan tərəfindən] işğalı haqda bəyanat verib

İki hadisəni Beynəlxalq Qoşulmama Hərəkatının oktyabrın 27-də Bakıda keçirilən və 120 ölkə nümayəndəsinin, o cümlədən də kralların, prezidentlərin və hökumət başçılarının qatıldığı 18-ci sammitinin əsas nəticələri adlandırmaq olar.

  • Azərbaycan 2019-2022-ci illərdə hərəkatın sədri olacaq, bu isə o deməkdir ki, həmin dövrdə ölkə heç bir hərbi bloka can atmayacaq. Ekspertlər bildirirlər ki, bu, ilk növbədə Azərbaycanın Rusiyanın rəhbərliyi altında KTMT-a (Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı) daxil olmayacaq, hərçənd, bu cür perspektiv son aylarda fəal şəkildə müzakirə olunurdu.
  • Sammitin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub və ölkə ərazilərinin işğal edildiyi bildirilib. Aydındır ki, Ermənistanın Qarabağı işğal etməsi nəzərdə tutulur, amma sənəddə adlar birbaşa göstərilməyib

Qoşulmama Hərəkatı (NAM) –  heç bir hərbi bloka daxil olmayan 120 ölkədən ibarət beynəlxalq təşkilatdır. Hərəkat 1961-ci ildə Belqradda yaradılıb. İştirakçılar mütəmadi olaraq bu və ya digər münaqişə üzrə ümumi mövqe hazırlamalıdır. Bir qayda olaraq, onların razılığa gəlməsi problemli olur.

Azərbayacn NAM-a 2011-ci ildən daxildir. Ermənistan isə NAM-da müşahidəçi ölkələrdən biridir, amma hazırkı sammitdə təmsil olunmayıb. 

Foto: president.az

“İşğal faktı yenidən beynəlxalq qurum tərəfindən təsdiqlənib”, – Azərbaycanın Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Hikmət Hacıyev Twitter-dəki mikrobloqunda yazıb .

Yekun sənəddən başqa, sammitdə Fələstinlə bağlı Bəyannamə də qəbul edilib. Sənədin özü dərc olunmadığı üçün orada nəyin nəzərdə tutulduğu hələlik məlum deyil. Amma ekspertlər ehtimal edirlər ki, bəyannamədə Fələstinin müstəqil dövlət yaratmaq haqda tələbi dəstəklənib.

Əvvəllər hərəkata Venesuella sədrlik edib. Hazırkı sammitdə Venesuela prezidenti Nikolas Maduro sədrliyi İlham Əliyevə ötürüb.

“Biz öz ölkələrimizi hegemoniyadan qorumalıyıq… Dünya neftinin və qazının 80 faizi Qoşulmama Hərəkatına daxil olan ölkələrin payına düşür”, – Maduro sammitin açılışında deyib.

Sosisl şəbəkələrdə sammit və onun nəticələri ilə bağlı şərhlər əsasən tənqidi olub – həm də ona görə ki, NAM-a daxil olan ölkələrin başçılarının çoxu diktator kimi ad çıxarıb (məsələn, elə Maduronun özü).

Xarakterik şərhlər: 

“Nə olsun ki, sammit Azərbaycan ərazisinin işğal altında olduğunu tanıyıb? Bunun nə mənası var?”

“Diktator dostlar Bakıda toplaşıb. Yəqin ki, təcrübələrini paylaşmaq üçün”.

“Bu hərəkata bircə dənə də olsun normal ölkə daxil deyil. Bu sammit yolların bağlanmasına və bakılılar üçün artıq narahatlığın yaradılmasına dəymir”.


More on JAMnews