Tam dəstəkdən kəskin qınağa qədər. Amma bütün dəyərləndirmələr dünyanı irimiqyaslı hərbi qarşıdurmadan xilas etmək lazım olduğu fikrində uzlaşır" />

Qasım Süleymaninin ölümü – Azərbaycan, Ermənistan və Gürcüstanda nə danışırlar, həmçinin dünya ictimaiyyətinin reaksiyası

Tam dəstəkdən kəskin qınağa qədər. Amma bütün dəyərləndirmələr dünyanı irimiqyaslı hərbi qarşıdurmadan xilas etmək lazım olduğu fikrində uzlaşır

Tam dəstəkdən kəskin qınağa qədər. Amma bütün dəyərləndirmələr dünyanı irimiqyaslı hərbi qarşıdurmadan xilas etmək lazım olduğu fikrində uzlaşır

İranın və bütün Yaxın Şərqin ən nüfuzlu şəxslərindən biri, general Qasım Süleymaninin ölümü dünyada çox coşqulu və ən müxtəlif reaksiya doğurub.

Süleymani İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində İraqda xüsusi əməliyyata rəhbərlik edib və Bağdad aeroportu yaxınlığında avtomobil kolonuna endirilən rahet zərbəsi nəticəsində həlak olub.

Hücum əmrini ABŞ prezidenti Tramp verib.

Qasım Süleymani kim idi? Onun ölümü nələrə səbəb ola bilər?

İran Qasım Süleymaninin qətlini “müharibə aktı” kimi dəyərləndirib. İranın ali dini lideri Ayətullah Xamenei bəyan edib ki, “Birləşmiş Ştatlar Süleymaninin ölümünə görə ən sərt şəkildə cavab verməli olacaqlar”.

İranda on minlərlə insan küçələrdə Qasım Süleymaninin yasını saxlayır.

Dünyanın bütün nəşrləri mümkün nəticələri, o cümlədən də terror aktları və tammiqyaslı müharibənin başlanması ehtimallarını müzakirə edir.

Twitter-də #WorldWar3 və #WWIII heşteqləri milyonluq populyarlıq qazanır.

Baş verənlərlə bağlı Azərbaycan, Ermənistan və Gürcüstan hakimiyyətlərinin dəyərləndirməsi və dünya ictimaiyyətinin reaksiyası haqda.

________________________________________________________

Azərbaycan: general Süleymaninin ölümü ilə bağlı İrana başsağlığı

Yanvarın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif telefonla son hadisələr fonunda regionda artmaqda olan gərginliklə bağlı müzakirə aparıblar.

“Azərbaycan tərəfi məsələyə cəlb olunmuş bütün tərəfləri zorakılıqdan uzaq olmağa və regional təhlükəsizliyin möhkəmləndirilməsi üzrə öhdəliklərinə sadiq qalmağa çağırıb. Nazir Məmmədyarov İran İslam Respublikasının rəhbərliyinə və xalqına general Süleymaninin ölümü ilə bağlı dərin başsağlığı verib”, – XİN-dən “1news” saytına bildirilib.

“Nida” gənclər hərəkatının fəalı İlkin Rüstəmzadə Facebook səhifəsində “Azərbaycanda İran agenturasının və təbliğatının güclü və dəhşətli təsiri” haqda yazıb:

“Bu günkü ölüm, demokratiya maskası altında gizlənmiş, orta əsr qaranlığını ölkəmizə gətirmək istəyən nə qədər İran sevdalısı olduğunun da lakmus kağızıdır. Diqqətlə izləyin”.

Ermənistan: “Dünya yeni təhdid” qarşısında

Biz Bağdadda insan tələfatı ilə nəticələnən hadisələrlə bağlı çox narahatıq. Olanlar regionda sülhə qarşı təhlükəni daha da gücləndirə, Yaxın Şərqdə və ordan kənarda sabitliyi poza bilər. Ermənistan yalnız dinc vasitələrlə vəziyyətin yumşaldılması tərəfdarı olaraq çıxış edir”, – Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində “təşfiş yaymaq istəyən  primitiv geosiyasətçilərə öz yerlərində sakit oturmağı” məsləhət görüb.

“Ermənistan Respublikasında vəziyyəti izləməyə, baş verən hadisələri təhlil etməyə, ehtiyac olduğu halda isə vəziyyətdən çıxış edərək lazımi addımlar atmağa qadir olan alətlər mövcuddur və bütün gərəkli tövsiyələr artıq verilib”, – Paşinyan yazıb.

Gürcüstan: “ABŞ-ın öz vətəndaşlarını qorumağa qanuni haqqı var”

Gürcüstan XİN-i rəsmi bəyanatla çıxış etməyib.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Twitter-ində bunları yazıb:

“Biz Bağdadda ABŞ səfirliyinə edilmiş təxtibatçı zorakı hücumu müzakirə edirik. ABŞ-ın öz vətəndaşlarını qorumaq üçün qanuni haqqı vaq. Həmçinin gərginliyi azaltmaq üçün diplamatiya zamanı da yetişib…”

Gürcüstanlı politoloq Tengiz Pxaladze “Azadlıq Radiosu” ilə söhbətində ABŞ-a qarşı terror aktları təhlükəsinin yüksəldiyini ehtimal edib:

“Terror aktları istənilən ölkədə amerikalılara qarşı törədilə bilər, Gürcüstanı da bu yerlərdən biri hesab etmək olar. Buna görə də Gürcüstan terror əleyhinə tədbirlərini gücləndirməlidir”.

İraq: “Amerika hərbçilərinin İraqda olmasının mövcud şərtlərini pozub”

Ölkənin baş naziri Adil Əbdül Mehdiİran generalına qarşı hücumu “Amerika hərbçilərinin İraq ərazisində olmasının mövcud şərtlərinin pozulması” adlandırıb.

İraq prezidenti Bəhram Saleh həmvətənlərini “onillik zorakılıqdan sonra yeni qanlı dalğanın qarşısını almaq” məqsədilə birliyə çağırıb.

İsrail: “Tramp dəstəyə layiqdir”

İsrailin baş naziri Benyamin Netanyahu Süleymaninin qətli ilə əlaqədar olaraq Yunanıstana rəsmi səfərini yarıda bitirib.

O, bildirib ki, Tramp “cəld, enerjili və qəti addımlarına görə dəstəyə layiqdir”.

Çin: “Bundan sonrakı eskalasiyanın qarşısını almaq lazımdır”

ÇİN XİN-i “dərin narahatlıq” ifadə edib, tərəfləri və xüsusilə də ABŞ-ı “sakitliyə və təmkinə” səsləyib, həmçinin gərginliyin bundan sonrakı eskalasiyasından çəkindirib.

Çin İranın davamlı müttəfiqi və Amerika qoşunlarının İraqda mövcudluğunun qəti əleyhinədir. 2019-cu ilin dekabrında Çinin hərbi dəniz donanması İran və Rusiyanın Hind okeanında ilk müştərək təlimlərinə qatılıb.

Fransa: “Hərbi eskalasiyanı önləmək lazımdır”

Avropa ölkələri arasında Süleymaninin məhv edilməsinə ilk reaksiya verən Fransa olub. Xarici işlər nazirinin müavini Ameli de Montçalin RTL radiosuna bildirib:

“Biz daha təhlükəli dünyaya oyanırıq. Eskalasiya tam gücü ilə davam edir və hərbi eskalasiya həmişə təhlükəlidir”.

Almaniya: “ABŞ İranın təxribatlarına cavab verib, amma eskalasiya təhlükəli həddə çatıb”

Almaniya hökumətinin mətbuat katibi Ulrike Demmar bəyan edib ki, ABŞ “İranın məsuliyyət daşıdığı bütöv bir silsilə hərbi təxribatlara reaksiya verib” və Səudiyyə Ərəbistanında tankerlərə və neft obyektlərinə hücumları sadalayıb.

Bununla belə o vurğulayıb ki, Yaxın Şərqdə vəziyyət “eskalasiyanın təhlükəli nöqtəsinə” çatıb və regionda münaqişələr yalnız diplomatik yolla həll oluna bilər.

Böyük Britaniya: “Biz general Süleymanidən gələn təhlükəni etiraf edirdik”

Böyük Britaniya hökuməti təmkinli davranmaq lazım olduğunu bəyan edib, amma xarici işlər naziri Raab bunları deyib:

“Biz general Süleymaninin rəhbərlik etdiyi “Qüds” hərbi hissəsindən gələn təhlükəni dəyişməz olaraq etiraf edirdik”.

Rusiya: “ABŞ-ın avantürası”

Rusiya XİN-i Süleymaninin qətlini birmənalı şəkildə pisləyib və bəyan edib ki, bu hadisə Yaxın Şərqdə gərginliyi artıracaq.

XİN-in adını açıqlamayan diplomatı TASS informasiya agentliyinə deyib ki, ABŞ “avantürist addım” atıb.

Dövlət Dumasının Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosaçyov Facebook səhifəsində yazıb ki, “indi İran nüvə silahının yaradılmasını tezləşdirə bilər, hətta əgər bunu etməyi əvvəl planlaşdırmırdısa belə”.

ABŞ: “Məsuliyyətsiz qətl”, yoxsa “qətiyyətli müdafiə aksiyası”

Amerikalı siyasətçilər vəziyyətlə bağlı öz dəyərləndirmələrində partiya mənsubiyyətinə görə parçalanıblar.

Prezident Trampın təmsil olunduğu Respublika Piartiyasının liderləri xüsusi əməliyyatı “qətiyyətli müdafiə aksiyası” kimi dəyərləndiriblər.

Müxalifətdə olan Demokratik Partiyanın liderlərinin əksəriyyəti isə Süleymaninin qətlini “məsuliyyətsiz” addım adlandırıb.

Trampın özü bəyan edib ki, Süleymaninin məhv edilməsi “müharibənin qarşısının” alınması məqsədilə həyata keçirilib.

Tehran küçələrində on minlərlə insan Qasım Süleymaniyə yas saxlayır. Onun Bağdad aeroportunda öldürülməsi üçün raket hücumu əmrini ABŞ prezidenti Tramp verib. 4 yanvar, 2020. Reuters/Nazanin Tabatabaee/WANA


More on JAMnews