Şimali qafqazlılar Kadırovdan sonra bütün Rusiya üzrə guya öz ünvanlarına edilən təhqirlərə görə cavab tələb edir " />

Qafqazdan üzr istə

Şimali qafqazlılar Kadırovdan sonra bütün Rusiya üzrə guya öz ünvanlarına edilən təhqirlərə görə cavab tələb edir

REUTERS/Maxim Shemetov

 

Dərin narazılıq

“Qızların olduğu saunaların, fahişəxanaların və özünü satan qadınların olmadığı yeganə iki respublika [Rusiyada] İnquşetiya və Çeçenistandır!”

“Bakirə inquş qızların ünvanına deyilən hər bir sözə görə cavab verəcəksiz!”

“Haqsız olaraq təhqir etməyə cəsarət etdiyiniz adamların qarşısında dərhal hamının gözü qabağında üzr istəyin!!!”

Bu, Rusiyanın yumoristik “Сomedy Woman” şousunun fraqmentinin video yazısı altında Instagram istifadəçilərinin qoyduğu şərhlərdir.

Narazılığa şoudakı miniatürün süjeti səbəb olub – eskort agentliyinin sahibəsi işçisini danlayır, o da inquş dilində acıqlı cavab verir. Narazılıqların da mahiyyəti ondan ibarətdir ki, bir çox tamaçaşı inquş qızı fahişə olaraq qəbul edir, halbuki bəlkə heç bu, nəzərdə tutulmamışdı.

TNT telekanalının binası qarşısında onlarla aqressiv əhvallı Şimali qafqazlı toplaşaraq, redaksiyaya soxulmağa cəhd göstərirdi.

Qrup ancaq TNT-nin qarşısına OMON döyüşçüləri ilə iki avtobus gələndən sonra dağılışıb.

Elə həmin gün “Comedy Club Production” şirkətinin baş direktoru Andrey Levin İnquşetiyanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, üzrxahlığını bildirib. Teleşirkət öz saytında da üzr istəyib: “Üzrxahlığımızı bildirir və bəyan edirik ki, həmin səhnə sırf yumor üçün yaradılıb və milli ayrı-seçkiliklə bağlı gizli mənası olmayıb”.

Başqa prsedentlər

Bu, ilk belə “üzrxahlığa məcbur etmə” halı deyil. Noyabr ayında Qnoynı ləqəbi ilə tanınan rusiyalı rep müğənnisi Vyaçeslav Maşnov üzr istəməli olub. Maşnovun “qurbanları” reperin mahnılarından birində seksual partnyor kimi sadaladığı çeçen, çinli və erməni qızları oldu.

Edilən üzrxahlıq Qnoynını xilas etmədi – yeddi naməlum şəxs konsertdən əvvəl ona hücum etdi. Reperin dostu Andrey Zamayın sözlərinə görə, hücum edənlər “peşəkar” hərəkət edir və “qışqırırdılar ki, o, yaradıcılığına görə üzr istəməlidir”.

2017-ci ilin fevral ayında “Rusiyanın milli təhlükəsizliyi” partiyasının İnquşetiya Respublikası üzrə regional şöbəsinin rəhbəri Visit Tsoroyev hüquq-mühafizə orqanlarına ərizə göndərərək, bloqer İlya Davıdovun (onu daha çox Medison niki altında tanıyırlar) məsuliyyətə cəlb edilməsini tələb edir.

Tsoroyevin narazılığına Medisonun Quranı “Mayn kampf”la müqayisə etdiyi və müsəlmanlar üçün müqəddəs olan bu kitabı qadağan olunmuş ədəbiyyat siyahısına daxil etməyə tələb etdiyi video çarxı ilə səbəb olub.

Yanvarın 21-də Davıdov gözlənilmədən Rusiyanı tərk edir, özünün Instagram səhifəsində isə “gənc və ağılsız” olduğunu yazır.

Bu yaxınlarda Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının tələbəsi Aleksey Knyazevdən də üzr istəməyi tələb etdilər.

“Vkontakte” sosial şəbəkəsində diskussiya zamanı Aleksey Knyazev yazıb ki, qohumların qafqazlı qızların rus oğlanları ilə görüşməyə qadağa qoyması Rusiya qanunvericliyinə ziddir.

Tezliklə küçədə onun qarşısını kəsib, bir neçə dəfə vurub, müsəlmanlar və xristianlar qarşısında üzr istəməyi tələb ediblər.

Bu, ənənə deyil

“Opponentin digər insanların qarşısında alçaldılmasının ənənəylə heç bir əlaqəsi yoxdur”, – Human Rights Watch proqramının Rusiya üzrə direktoru Tatyana Lokşina deyir. “Üzrxahlığı tələb edən gənclərin davranışı ilə sistematik olaraq kimdənsə hamının qarşısında kameraya üzr istəməyi tələb edən Çeçenistan rəhbəri və onun güc qurumları

işçilərinin davranış manerası arasında oxşarlığı görməmək mümkün deyil. Belə görünür ki, bu praktika yayılıb”, – Lokşina deyib.

Şounun özünü şərh edən Tatyana Lokşina deyir ki, səhnə “bayağı və klassik zövqsüzlüyün nümunəsidir”.

“Bəlkə də telekanal rəhbərliyi artıq başa düşməlidir ki, fərqi yoxdur, inquş və ya slavyan qadınlarına qarşı bu cür zarafatlar prinsipcə yolverilməzdir? Amma bir sual da yaranır – qafqazlı kişilər bu cür zarafatlar olan qadın şousuna niyə baxırdılar?” – deyə Tatyana Lokşina bildirib.

Lokşina “federal məmurların etnik mövzularla bağlı zarafatlara reaksiyanın” vacibliyini vurğulayıb. “Misal üçün, etnik zarafatlar mövzusunda federal səviyyəli siyasətçilərdən şərh eşitmək istərdik. Bu yumor ifadə azadlığı çərçivəsində nə dərəcədə yolveriləndir”, – Lokşina deyib


More on JAMnews