Rusiyanın bir neçə şəhərində "Seçicilərin tətili" aksiyası keçirilib" />

“Putinsiz Rusiya!”, ” Oğru Putin!”, “Burada hakimiyyət bizik!” – video

Rusiyanın bir neçə şəhərində "Seçicilərin tətili" aksiyası keçirilib

Yanvarın 28-də Rusiyanın bir neçə şəhərində əvvəlcədən təyin olunmuş “Seçicilərin tətili” şərti adlı etiraz aksiyası baş tutub. Müxalifətçi Aleksey Navalnının tərəfdarları bu yolla həmvətənlilərini yaxın zamanda Rusiyada baş tutacaq prezident seçkilərini boykot etməyə çağırıb.

Seçkilər 2018-ci ilin martına təyin olunub, Navalnının namizədliyini qeydiyyatdan keçirməkdən imtina ediblər. O və onun tərəfdarları hesab edirlər ki, bununla da seçkilər hələ baş tutmadan saxtalaşdırılıb.

Aleksey Navalnını Moskvaya tərəfdarlarının yanına gedib çatana qədər həbs ediblər.

Facebook Comments

More on JAMnews