Ümumilikdə isə ekspertlər hesab edirlər ki, Moskva Şərqi Ukraynadakı münaqişədə açıq-aşkar güzəştlərə gedir" />

Putin Ukraynaya BMT sülhməramlılarının gələcəyini istisna etməyib, Kiyev məsələnin qoyuluşuna ifadə formasına qarşı etiraz edir

Ümumilikdə isə ekspertlər hesab edirlər ki, Moskva Şərqi Ukraynadakı münaqişədə açıq-aşkar güzəştlərə gedir

 PHoto: REUTERS/Alexander Ermochenko

Uzaq Şərq İqtisadi Forumunda çıxış edən RF prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın cənub-şərqinə BMT sülhməramlı qüvvələrinin yeridilməsi ona doğru addım kimi görünür. Onun sözlərinə görə, sülhməramlıların missiyası münaqişə zonasında monitorinq aparan ATƏT nümayəndələrinin mühafizəsindən ibarətdir.

Donbasda – münaqişə  zonasında BMT-nin sülhməramlı kontingentinin yerləşdirilməsində lap əvvəldən Ukrayna israr edirdi. Minsk razılaşmalarının Ukrayna traktovkasına əsasən bu, hazırda separatçıların nəzarətində olan ərazilərdə Ukrayna qanunlarına əsasən seçkilərin keçirilməsi istiqamətində ilk addım olmalı idi.

Amma Putinin bəyanatında bildirilir ki, sülhməramlılar yalnız tərəflərin hüdud xəttində yerləşdirilə bilər. Halbuki Ukrayna Ukrayna-Rusiya sərhədinin  də onların nəzarəti altına verilməli olduğunu hesab edir, Kiyevin fikrincə, məhz buradan Donbasa hərbi yardım və Rusiya muzdluları daxil olur.

Buna görə də Ukrayna XİN-i “Rusiyanın sülhməramlı əməliyyatının əzəli ideyası və  məqsədlərini sapdırmağa çalışdığı” haqda bəyanatla çıxış edib.

Kiyev bildirib ki, Moskva növbəti dəfə Rusiyanın təcavüzünü Ukraynanın daxili münaqişəsi kimi təqdim etməyə çalışır.

Amma Ukrayna XİN-i onu də vurğulayıb ki, “orada RF prezidentinin BMT sülhməramlılarının Donbasda yerləşdirilməsinin mümkünlüyü haqda bəyanatını diqqətə alıblar”.

Beynəlxalq ekspertlər hesab edirlər ki, Putinin sülhməramlılarla bağlı bəyanatı istənilən halda bu münaqişədə açıq-aşkar güzəştə getdiyini göstərir. Donbasda BMT-nin sülhməramlı qoşunlarının yerləşdirilməsi hərbi toqquşmaların və  provokasiyaların qarşısının alınması və bundan sonra münaqişənin eskalasiyasının müşkül olması deməkdir.


More on JAMnews