Bu qərarın Rusiya və Türkiyə arasında toqquşmanın yaşanmamasına kömək edəcəyi ehtimal olunur" />

Putin Türkiyənin Suriya kürdlərinə qarşı əməliyyatı davam etdirməsilə razılaşıb

Bu qərarın Rusiya və Türkiyə arasında toqquşmanın yaşanmamasına kömək edəcəyi ehtimal olunur

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan რუსეთის პრეზიდენტი ხელს ართმევს თურქეთის პრეზიდენტს

Rusiya və Türkiyə “tarixi” adlandırdıqları razılaşma əldə ediblər. Rusiya prezidenti Türkiyənin Suriya kürdlərinə qarşı hərbi əməliyyatı davam etdirməsi ilə razılaşıb – BBC xəbər verir.

Oktyabrın 22-də Soçidə iki ölkə prezidenti Putin və Ərdoğan arasında keçirilən danışıqlar 6 saat davam edib.

Danışıqlarda söhbət Türkiyənin oktyabrın 7-dən – ABŞ hərbi qüvvələrini ərazidən çıxardığını elan edəndən bir gün sonra Suriyada kürd silahlı dəstələrinə qarşı başlatdığı hərbi əməliyyatlardan gedib.

Beynəlxalq ekspertlər məhz bu qərarın regionda vəziyyəti kəskinləşdirdiyi fikrində uzlaşırlar, çünki məhz Amerika hərbçiləri İslam Dövləti ilə mübarizədə əsas müttəfiqləri olan kürdlərin təhlükəsizliyinin qarantı idi.

Suriya kürdləri Rusiya və Suriya prezidenti Əsədlə alyansa daxil olur. Niyə bunda ABŞ-ı günahlandırırlar?

Rusiya Türkiyədə turizm mövsümünü necə bərbad etdi?

Türkiyə lirəsinin ucuzlaşması Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına necə təsir edir?

Türkiyənin hərbi fəallığına cavab olaraq Suriya prezidenti Əsədin müttəfiqi kimi bu regiona qoşun göndərib.

Türkiyənin əməliyyatları davam etdirməsi ilə bağlı Rusiya ilə əldə olunan razılıq Rusiya və Türkiyə arasında toqquşmanın qarşısını almağa imkan verəcək.

Əldə olunmuş razılaşmaya əsasən, kürd dəstələrinin Türkiyə-Suriya sərhədində nəzarətdə saxladıqları əraziləri tərk etmələri üçün 150 saatları var. 

Türkiyə orada 120 kilometrlik bufer zonası yaratmaq və Türkiyəyə sığınan iki milyona yaxın Suriya qaçqınını orada yerləşdirmək niyyətindədir.

Amma münaqişə thlükəsi hələ də qalır. Beynəlxalq medianın yazdığı kimi Ərdoğan bufer zonasının 120 kilomertlik yox, 440 kilometrlik ərazini əhatə etməsilə bağlı israr edir.

Rusiya və Türkiyə prezidentləri Soçidə mətbuat konfransı zamanı bir-birlərinin əlini sıxırlar. 22 oktyabr, 2019. REUTERS/Sergei Chirikov


More on JAMnews