Oksana Sevastidi dövlətə xəyanətə görə 7 il azadlıqdan məhrum edilmişdi " />

Putin 2008-ci ildə Gürcüstan tərəfə gedən hərbi texnika haqda SMS yazdığı üçün məhkum olunmuş rusiyalı qadını əfv edib

Oksana Sevastidi dövlətə xəyanətə görə 7 il azadlıqdan məhrum edilmişdi

Rusiya prezidenti Vladimir Putin 2008-ci il müharibəsi ərəfəsində Rusiya hərbi texnikasının hərəkəti haqda Gürcüstana xəbər verdiyi üçün yeddi il müddətinə azadlıqdan məhrum edilən Soçi sakini Oksana Sevastidini əfv edib. Putinin fərmanı bu gün hüquqi məlumatların rəsmi portalında dərc edilib. Fərman dərc olunandan beş gün sonra qüvvəyə minir.

2016-cı ilin mayında Rusiya vətəndaşı Oksana Sevastidi dövlətə xəyanət ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Cənubi Osetiya ətrafında 2008-ci ilin avqust müharibəsindən az əvvəl o, Gürcüstanda yaşayan tanışına bir neçə SMS göndərib. Oksana tanışına yazıb ki, Soçidə hərbi texnika yüklənmiş və onda lan məlumata görə Abxaziya tərəfə yön alan qatar görüb.

Amma Sevastidinin vəkili Yevgeni Smirnov bildirib ki, əfvə baxmayaraq, „qanunsuz” hökmün tam ləğvinə və müvəkkilinin tam bəraitinə nail olacaq.

Ötən ilin dekabrında Vladimir Putin mətbuat konfransında Sevastidinin işi ilə bağlı verilən sualın cavabında  hökmü „kifayət qədər sərt” adlandırmışdı, amma işin detallarından xəbərsiz olduğuna istinad etmişdi.

Sevastidinin başına gələn hadisə unikal deyil. 2014-cü ilin noyabrında məhkəmə Soçi sakini Yekaterina Xarebavanı 2008-ci ildə Abxaziyaya gedən hərbi texnika haqda analoji SMS-ə görə altı il müddətinə azadlıqdan məhrum etmişdi.

 

Oksana Sevastidi haqda hökmdə 2008-ci il müharibəsi ərəfəsində baş verən hadisələr  təfsilatlı təsvir edilib, həmçinin hərbi hissələrin nömrələri, dəmiryolu vasitəsilə daşınan hərbi texnikanın növlərinə qədər qeyd olunub. “İnformasiya dəyəri və məlumatların həssaslığı baxımından onun SMS-i hökmlə müqayisədə dənizdə damladır”, – Sevastidinin vəkili İvan Pavlov deyib. Sevastidinin işi ilə bağlı JAMnews-un məqaləsi.

 

Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiyası və nöqteyi-nəzərini ifadə edir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər.

More on JAMnews