Prezident məhkəmə islahatlarıyla bağlı Parlamentə öz qeydlərini göndərib" />

Prezident məhkəmə islahatlarının üçüncü dalğasına veto qoydu

Prezident məhkəmə islahatlarıyla bağlı Parlamentə öz qeydlərini göndərib

Gürcüstan prezidenti məhkəmə islahatlarının üçüncü dalğasına dair qanun layihələri paketinə veto qoyub. Dövlət başçısı qanun layihəsilə bağlı Parlamentə əsaslandırılmış qeydlərini göndərəcək. Bu haqda Georgi Marqvelaşvili bu gün xüsusi brifinqdə bildirib.

Parlament məhkəmə islahatlarının üçüncü dalğası haqda qanun layihələri paketini ötən ilin dekabrında qəbul edib.

Qanunlar paketində əsas yeniliklər məhkəmələrdə işlərin elektron bölgüsünün, hakimlərin təyinat meyarlarının, müstəqil inspektor institutunun tətbiqi və Ali Ədliyyə Şurasında məhkəmələrin menecmenti departamentinin yaradılması ilə bağlıdır. Bundan başqa Ali Məhkəmənin fəaliyyətdə olan və keçmiş hakimlər sınaq müddəti və ixtisas imtahanı keçməkdən azad edilirlər.

Marqvelaşvinin bildirdiyi kimi, təqdim olunan paketdə çoxlu faydalı və vacib dəyişikliklər var. “Amma eyni zamanda qərəzsiz ədaləti və məhkəmələrin fərdi müstəqilliyini təmin edən prinsiplərə söykənən normaları da özündə cəmləyir”, – prezident bildirib.

Prezidentin parlamentə yönləndirdiyi qeydlər məhkəmə sədrlərinin Ədliyyə Şurası tərəfindən təyin edilməsini deyil, hakimlər tərəfindən seçilməsini nəzərdə tutur. Bundan başqa, qeydlərə uyğun olaraq bir şəxs eyni zamanda həm hakim, həm də palata və ya kollegiya sədri ola bilməz. Üçillik sınaq müddəti aşağıdakı təyinatlar zamanı istifadə edilə bilməz. Hakimlər Ədliyyə Şurasında daha çox təmsil olunmalıdırlar, həmçinin hakim vəzifələrinə müsabiqələr zamanı namizədlər haqqında məlumatların toplanması və yayılması qaydaları dəqiqləşdirilməlidir.

Parlament ya 76 səslə prezidentin vetosuna üstün gəlməli, ya da təqdim olunmuş qeydləri qanun layihəsinə daxil etməlidir. Parlamentdə konstitusion çoxluğa malik olan “Gürcü arzusu” hakim partiyası, istəyərsə, prezidentin vetosuna üstün gələ bilər. Bu halda qəbul edilmiş qanun qüvvəyə minəcək.


More on JAMnews