Gürcüstanda ən kövrək dini azlıq ateistlərdir" />

Pravoslavlıq Gürcüstanda məktəblərə yol açıb

Gürcüstanda ən kövrək dini azlıq ateistlərdir

“Din dərslərinin rəsmi olaraq dərs siyahısında olmamasına baxmayaraq, Gürcüstanın bələdiyyə məktəblərində “pravoslav tərbiyəyə” böyük diqqət ayrılır. Maraqlıdır ki, bu cür dini söhbətlər uşaqların öz istəyi ilə aparılmır və hətta özünü pravoslav hesab etməyənlərə də din dərsləri keçilir.

Bir çox məktəblərdə dua və dini söhbətlər keşişlərin iştirakı ilə baş tutur. Bir çox yerlərdə, həmçinin, Tbilisidə xüsusi ibadət yerləri təşkil olunub. Valideynlərin sözlərinə görə, bu tip ibadətxanalarda adətən çox adam olur.

Dini azlıqların nümayəndələrinə məxsus şagirdlər deyir ki, onlar daimi olaraq öz üzərlərində basqı hiss edirlər. Tədqiqatlara görə, ən çox təzyiqə məruz qalan dinlərin nümayəndələri Yeqova Şahidləri icmasının üzvləri və müsəlmanlardır. Müsəlmanlar deyir ki, hətta onların çoxluq təşkil etdiyi məktəblərdə belə dini baxışları müəllimləri tərəfindən açıq şəkildə təhqir olunur.

 Batumidəki ümumtəhsil məktəbində “Dua guşəsi”. Foto: Netgazeti

2005-ci ildə daha çox qərbyönümlü olan keçmiş rəhbərlik tərəfindən məktəblərdə dini dərslərin keçilməsinə qadağa qoyulmuşdu. Həmin il həmçinin hər hansı dini simvolları əks etdirən geyimlərdə məktəbə gəlmək də qadağan edilmişdi. Hər iki islahat Gürcüstan hökumətinə ATƏT tərəfindən tövsiyyə olunmuşdu.

Qeyd etmək lazımdır ki, bu cür qadağanın heç bir xeyri olmadı və məktəblər yenə də divarlarını xaç və digər dini ikonalarla bəzəməyə davam edirlər. Məsələ qısa müddətdə əks-səda doğurdu: qadağalar radikal dini icmaların böyük etirazına səbəb oldu. Digər tərəfdən isə dini azlıqlara mənsub şagirdlərin sıxışdırılmağının qarşısı alındı. 

Təəccüblü deyil ki, 2012-ci ildə yeni hakimiyyətin gəlişi (kilsənin radikallaşmasının başlanması) ilə məktəblərdə dini dərslərin bərpa olunması gündəmin əsas mövzusuna çevrildi. Dini dərslərlə bağlı çoxlu mübahisələr qızışdı və nə qədər təəcüblü səslənsə də məktəblərdə dini dərslərin əleyhinə çıxan məhz Patriarxiya oldu.
Din xadimlərinin yerli ümumtəhsil məktəbinə ziyarəti haqda “Odişi” teleşirkətinin (Sameqrelo regionu) süjeti

Lakin, ümümtəhsil məktəbləri ilə dinin qarışdırlmaması təklifinə ancaq sözdə riayət olunur. Keşişlər məktəb direktorlarıın uşaqlarla “Tanrı haqqında söhbət etmək təklifinə böyük məmnuniyyətlə müsbət cavab verirlər. Məktəb rəhbərliyi bir çox valideyinlər kimi bu görüşlərə olduqca böyük önəm verir.

Yeni dərs ilinin başlanğıcında Təhsil Nazirliyi bəyanat vermişdi ki, din dərsləri məktəb dərsləri ilə qarışdırılmayacaq və yalnız “İnsan və Cəmiyyət fənninin müəyyən saatları din və dövlət məsələlərinə ayrılacaq. 


Müşahidəçilər bu fənnə tənqidi yanaşır. Məsələn, qanunvericilikdə dini dərslərin yoxlama mexanizmi yoxdur, yəni Təhsil Nazirliyi uşaqlara hansı məlumatın necə ötürüldüyünə nəzarət edə bilmir. Adətən dərslərdə İncildən ayələr oxunur və din yolunda əzab çəkmiş gürcülərdən bəhs edilir.

 

Gürcüstan prezidenti Georgi Marqvelaşvili tədris ilinin ilk günündə Tbilisinin ümumtəhsil məktəblərindən birinin ibadət otağında. Foto prezidentin mətbuat xidmətinə aiddir

“Mən həmişə valideynlərdən uşaqlarına dini dərslərin keçirilməsinə etiraz edib, etmədiyini soruşuram. Əgər onlar razılıq verməsə uçaqlarına dini dərslər keçilməyəcək, – bələdiyyə məktəblərindən birinin müəlliməsi deyir, – “hər şey könüllülük əsasındadır. Pravoslav olmayan uşaqların da nəyin yaxşı, nəyin pis olduğunu dinləməsində heç bir ziyan yoxdur.

Bir çox uşaqlardan din dərslərində onlarla ən çox nədən söhbət edildiyini soruşdum. Onların sözlərinə görə, əsasən valideyinlərə hörmət və itaətdən danışılır. Lakin hərdən, xüsusilə yuxarı siniflərdə onlarla “qadın – kişi münasibətlərindən, həmçinin ‘düzgün olmayan’ münasibətlərdən (seksual azlıqlardan) danışılır. Bundan əlavə uşaqlara Birlik (Priçastiye) ayinini icra etmək və tövbə etmək məsləhət görülür.

Əgər əhalinin siyahıya alınmasının nəticələrinə inansaq, Gürcüstanın 80%-i özünü pravoslav sayır. Nə qədər təəccüblü olsa da, statistika hələ də Gürcüstanda olan ateistlərin sayı ilə maraqlanmayıb. Lakin özünü heç bir dinə aid etməyənlərin sayı 0.7 fazidir. Düşünürəm ki, ateistləri məhz bu qrupun içində axtarmaq lazımdır. Bu statistikadan onların sayının nə qədər az olduğu açıq şəkildə görünür.


More on JAMnews